Siqareti tərgitməyin effektiv yolu » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:27 Ucarda narkokuryer saxlanılıb  |     11:18 Rusiya XİN: “Postsovet məkanında bütün məsələlər qonşular arasında birgə həll edilməlidir”  |     23:04 Dünyanın ən çətin dilləri: İlk 5-lik  |     22:54 Coni Rusiyada daha bir mükafat aldı - FOTOlar  |     22:46 Yeni Kaledoniyada səsvermə hüquqlarının pozulması fonunda komendant saatı tətbiq edilib  |     22:38 Bakı-Xırdalan-Sumqayıt qatarında gecikmə olub  |     22:30 Rusiya MN-nin idarə rəisinə külli miqdarda rüşvət verən erməni saxlanıldı  |     22:22 Peşə Təhsil Mərkəzi İsveçrə Universiteti ilə əməkdaşlığa başlayır  |     22:16 Azərbaycanda mərkəz direktoru İŞDƏN ÇIXARILDI  |     22:08 Lənkəranda meyiti tapılan qadının kimliyi məlum olub - YENİLƏNİB  |     22:00 Şuşada mərkəzi küçələrdən birinə Milli Qəhrəmanın adı verilib - FOTO  |     21:52 Dəhşətli qəzada ölən qazi ilə dostunun FOTOsu  |     21:45 Arvad evə əxlaqsız qadınlar gətirən kikboksçu ərini öldürdü - VİDEO  |     21:38 Gəliriniz artacaq, maliyyə vəziyyətiniz yaxşılaşacaq – 4 bürcə ŞAD XƏBƏR  |     21:30 Pakistanda yaşayış binasında partlayış: Ölənlər var  |     21:23 Türkiyədə son 53 ilin ən isti apreli qeydə alınıb  |     21:16 Əli Əsədov İqor Petrişenko ilə görüşdü  |     21:10 Son günlər müşahidə olunan intensiv yağıntıların kənd təsərrüfatına təsirləri açıqlanıb  |     21:02 Vəfa Şərifovanın külli miqdarda olan AYLIQ GƏLİRİ  |     20:56 Daha bir naməlum şəhidin kimliyi bilindi  |    

Siqareti tərgitməyin effektiv yolu

Pensilvaniya universitetinin Skot Halpernin başçılıq etdiyi tədqiqat qrupu elektron siqaretlərin siqareti tərgitməyə kömək etmədiyini müəyyən edib.

Bu haqda məqalə “New England Journal of Medicine” jurnalında dərc olunub.

Tədqiqatçılar öyrənib ki, siqareti tərgitmək üçün ən yaxşı vasitə həmin şəxsin pul mükafatı ilə şirnikləndirilməsidir.

Tədqiqatda altı minə yaxın siqaret çəkən şəxs iştirak edib. Könüllülər siqareti tərgitmə metodları əsasında bir neçə qrupa bölünüb.

Birinci qrupda olan insanlara sağlam həyat tərzinin faydaları ilə bağlı motivasiya verilib. İkinci qrupda olan insanlara nikotin plastırları və müxtəlif əczaçılıq preparatları təqdim olunub.

Üçüncü qrupda olan könüllülərə elektron siqaretlər verilib. Son iki qrupda yer alan şəxslərə isə nikotin plastırı və digər metodlarla yanaşı, siqareti tərgitməyə görə 600 dollar mükafat təqdim olunub.

Şərtə görə, onlar altı ay ərzində siqaretə yaxın durmamalı olublar. Əks təqdirdə testin sonunda bu mükafatdan məhrum ediliblər.

Məlum olub ki, iştirakçılara adi yardımın təklif olunduğu qruplarda testin sonuna yalnız könüllülərdən 0,1 faizi siqaret çəkməyi tərgitib. Digər qruplarda bu göstərici 0,5-3 faiz civarında dəyişib. Ən yaxşı nəticə isə pul mükafatı olan qrupda qeydə alınıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 199 26.05.18 14:04