Hadi Rəcəbli jurnaisti təhqir etdi: "Mənim toxunulmazlıq hüququm var" » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:51 Ərdoğan: “İraq və Suriyada PKK-ya son zərbəni yaxın günlərdə endirəcəyik”  |     22:38 Sumqayıt sakini itkin düşüb  |     21:57 Makron: Fransa Rusiya ilə müharibə aparmır  |     21:36 HƏMAS İsraillə atəşkəsə razılaşıb - YENİLƏNİB  |     21:22 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     21:16 Məhkəmə Anar Məmmədli ilə bağlı qərar verib  |     21:07 Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar  |     20:59 Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR  |     20:53 37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO  |     20:40 Rusiya səfiri Çexiya XİN-ə çağırılıb  |     20:31 17 yaşlı qızın ölümündə günahkar kimdir?  |     20:23 “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi  |     20:19 Laos Prezidenti Rusiyaya səfər edəcək  |     20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |    

Hadi Rəcəbli jurnaisti təhqir etdi: "Mənim toxunulmazlıq hüququm var"

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, deputat Hadi Rəcəbli gəlini Beruzova Zərifə Beruz qızının dələduzluqda ittiham olunması ilə əlaqədar Suraxanı Rayon Polis İdarəsinə çağırılması barədə yayılan xəbərlərə münasibət bildirib.

Median.Az xəbər verir ki, Hadi Rəcəbli yayılan xəbərə münasibət bildirib. O, “ölkə.az”a açıqlamasında deyib ki, yayılan bu cür xəbərlər tamamilə yalandır:

“Bu yalan da Avstriyada qeydiyyatdan keçən bir səhifədən götürülmüşdü. Həmin məsələ 2 il əvvəl gündəmə gətirilən zaman Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbəri təkzib etmişdi. Bu barədə nə Daxili İşlər Nazirliyində, nə Suraxanı polisində heç bir məlumat yoxdur.

Jurnalistlərə də məsləhət görürəm ki, Daxili İşlər Nazirliyi və Suraxı polisi ilə əlaqə saxlayıb məsələ barədə dəqiq məlumatı öyrənsinlər”.

Komitə sədri onun polisə çağırılması barədə xəbər yazan jurnalistləri də təhqir edib:

“Görün bunu yazan jurnalistlərin səviyyəsi nə qədər aşağıdır ki, deyirlər Hadi Rəcəblini polisə çağırıblar. Axı məni kim polisə çağıra bilər? Mənim toxunulmazlıq hüququm var. Mənim polisə çağırılmağım üçün gərək Milli Məclis qərar qəbul etsin”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 174 25.05.18 14:46