Dilqəm Əskərovla bağlı oğlundan gözlənilməz sözlər - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:51 Ərdoğan: “İraq və Suriyada PKK-ya son zərbəni yaxın günlərdə endirəcəyik”  |     22:38 Sumqayıt sakini itkin düşüb  |     21:57 Makron: Fransa Rusiya ilə müharibə aparmır  |     21:36 HƏMAS İsraillə atəşkəsə razılaşıb - YENİLƏNİB  |     21:22 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     21:16 Məhkəmə Anar Məmmədli ilə bağlı qərar verib  |     21:07 Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar  |     20:59 Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR  |     20:53 37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO  |     20:40 Rusiya səfiri Çexiya XİN-ə çağırılıb  |     20:31 17 yaşlı qızın ölümündə günahkar kimdir?  |     20:23 “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi  |     20:19 Laos Prezidenti Rusiyaya səfər edəcək  |     20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |    

Dilqəm Əskərovla bağlı oğlundan gözlənilməz sözlər - VİDEO

Erməni separatçılarının 4 ilə yaxındır girov saxladığı Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov ARB 24-ə açıqlama verib.

O, bildirdi ki, atasından sonuncu məktubu 2017-ci il noyabrın 1-də alıb. Onun sözlərinə görə, Dilqəm Əsgərovun səhhətində ciddi problemlər yarandığından ailə üzvləri xəbər-ətər olmamasından çox narahatdırlar.

Kürdoğlu Əsgərov – Dilqəm Əsgərovun oğlu: “7 aydır atamla əlaqə saxlaya bilmirik. Əslində 3 aydan bir video görüntü gəlməlidir. Lakin nə video, nə də məktub var. Qırmızı xaç komitəsi isə bildirir ki, vəziyyəti normaldır. Onlara sual ünvanlayıram ki, o zaman, niyə video göndərmir. Onlar isə bildirir ki, özü istəmir”.

Kürdoğlu Əsgərovun sözlərinə görə, analoji vəziyyət artıq ikinci dəfədir təkrarlanır. Bundan əvvəl də atasından 7 ay xəbər olmayıb. Ötən il ATƏT-in Demokratik Təssisatlar və İnsan Haqları bürosunun Varşavada keçirilən illik zirvə toplantısında məsələ qaldırıldıqdan sonra Dilqəm Əsgərovdan məktub alınıb.

Kəlbəcərdə yaxınlarının məzarını ziyarət edərkən erməni separatçıları 2014-cü il iyulun 10-da Dilqəm Əsgərov və Şahbaz Quliyevi girov götürüblər. Həmin ilin dekabrında separatçı Dağlıq Qarabağ rejimi kəlbəcərli əsirlər üzərində qondarma məhkəmə qurub. Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib. Onlarla yalnız Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə əlaqə saxlamaq mümkündür.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 701 22.05.18 17:16