Deputat: Rayonlardan birinə Heydər Əliyevin adı verilsin » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:34 Etiraz aksiyasında iştirak edən erməni deputatlar saxlanılıb  |     20:25 Azərbaycanlı deputat ATƏT PA-nın Büro iclasında iştirak edəcək  |     20:17 Şənbə günü 32 dərəcə isti olacaq  |     20:06 Apellyasiya Arbitraj Tribunalı “Neftçi”nin şikayətini təmin etməyib  |     19:57 Yasamalda 16 yaşlı yaşlı qızı avtomobil vurub  |     19:47 Paşinyan: “Biz yaxın onilliklər ərzində Ermənistanın mövcudluğu məsələsini həll edirik”  |     19:35 Çin XİN: NATO Ukrayna böhranına görə birbaşa məsuliyyət daşıyır  |     19:09 “Qəbələ” azarkeşlərini düşündürən məsələyə klub rəsmilərindən CAVAB  |     18:58 Ukrayna daha 140 hərbçisinin meyitini geri qaytarıb  |     18:46 Qəzza üzrə təmas qrupu Səudiyyə Ərəbistanında toplaşacaq  |     18:29 “Fikirləşdim ki, ata-bala ikimizi də öldürəcək” - Cümüyə 18 il həbs verildi  |     18:22 Bakının bir rayonunda qaz kəsiləcək  |     18:09 Ermənistan XİN: “İrəvan Bakıdan sülh müqaviləsi üzrə növbəti təklifləri alıb”  |     17:59 Sürücülük təlimçisi olmaq üçün hansı tələblər var? - VİDEO  |     17:55 Erməni deputat: “Tavuş və Qazax arasındakı ərazidə sərhədin demarkasiyası texniki cəhətdən başa çatıb”  |     17:44 Bəzi tikinti materialları BAHALAŞACAQ  |     17:33 Əhməd Əhmədovun qətlə yetirdiyi anasının yerinə yeni təyinat - FOTO  |     17:12 Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq  |     17:04 Bakıda qıza görə dava: yeniyetmə bıçaqlandı  |     16:58 Geyiminə görə mağazadan qovuldu - Bakıda qəribə hadisə (VİDEO)  |    

Deputat: Rayonlardan birinə Heydər Əliyevin adı verilsin

Hakim partiyadan olan millət vəkili Aydın Hüseynov mərhum dövlət başçısı Heydər Əliyevin adının əbədiləşdirilməsi təklifi ilə çıxış edib.

O, bu təklifini parlamentin xüsusi iclasında səsləndirib:

“Heydər Əliyev zamanında Azərbaycanın böyük şəxsiyyətlərinin, mütəfəkkirlərinin adlarını əbədiləşdirdi. Onun dövründə Bakının rayonlarından birinə Xətainin adı verildi. Həmçinin, paytaxtın iki rayonuna həm dahi Nizaminin, həm də Nəsiminin adları verildi.

Bunlar böyük, tarixi xidmətlərdir. Ona görə artıq Heydər Əliyevin özünün adı da əbədiləşdirilməlidir. Yəni, onun adı Azərbaycanın rayonlarından birinə verilməlidir”.

Millət vəkili Məlahət İbrahimqızı isə təklif edib ki, universitetlərdə “Heydər Əliyev” kafedraları açılsın.

O təklif edib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına H. Əliyevin adı verilsin.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 429 10.05.18 15:36