Bakı sakini “Gənclik Mall”dan paltar oğurladı
Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə “Gənclik Mall” ticarət mərkəzindəki mağazaların birindən 536 manat dəyərində geyim əşyalarının oğurlanması barədə müraciət daxil olub. DİN-dən verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən qadın qısa müddətdə müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla onun Bakı şəhər sakini S.Rəsulova olduğu müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
скачать dle 11.3
Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!