Türkiyə Azərbaycanla hesablaşmalarda milli valyutaya keçməyə hazırdır » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:51 Ərdoğan: “İraq və Suriyada PKK-ya son zərbəni yaxın günlərdə endirəcəyik”  |     22:38 Sumqayıt sakini itkin düşüb  |     21:57 Makron: Fransa Rusiya ilə müharibə aparmır  |     21:36 HƏMAS İsraillə atəşkəsə razılaşıb - YENİLƏNİB  |     21:22 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     21:16 Məhkəmə Anar Məmmədli ilə bağlı qərar verib  |     21:07 Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar  |     20:59 Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR  |     20:53 37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO  |     20:40 Rusiya səfiri Çexiya XİN-ə çağırılıb  |     20:31 17 yaşlı qızın ölümündə günahkar kimdir?  |     20:23 “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi  |     20:19 Laos Prezidenti Rusiyaya səfər edəcək  |     20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |    

Türkiyə Azərbaycanla hesablaşmalarda milli valyutaya keçməyə hazırdır

Türkiyə Azərbaycanla ticarət hesablaşmalarında milli valyutaya keçid üçün maneə görmür.

Median.Az
xəbər verir ki, Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekci bu barədə Trend-ə müsahibəsində deyib.

N.Zeybekci bildirib ki, valyuta məzənnələrinin oynaması iqtisadiyyata mənfi təsir göstərir:

“Biz hesab edirik ki, valyuta məzənnələrinin oynaması bizim ölkələrin iqtisadiyyatına vura biləcəyi zərərdən yayınmaq üçün ticarət hesablaşmalarında Türkiyə lirəsi və Azərbaycan manatından istifadə ən səmərəli üsuldur”.

Nazirin fikrincə, müvafiq razılaşma hesablaşmalarda milli valyutaya keçid prosesini sürətləndirə bilər.

Qeyd edək ki, son illər Türkiyə başqa ölkələrlə ticarət hesablaşmalarında lirənin payını xeyli artırıb. Əgər 2013-cü ildə ixracda lirənin payı 2,6 faiz təşkil edirdisə, hazırda bu göstərici 13 faizə bərabərdir. İdxalda Türkiyənin milli valyutasının payı həmin dövr ərzində 3,1 faizdən təxminən 8 faizə qədər artıb.

Azərbaycanın Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2017-ci ildə Türkiyə ilə əmtəə dövriyyəsi 2,64 milyard dollar təşkil edib, bunun 1,37 milyardı bu ölkəyə ixracın payına düşür.

2017-ci ildə iki ölkə arasında əmtəə dövriyyəsi 14,8 faiz artıb. Cari ilin ilk rübündə Azərbaycan-Türkiyə ticarət dövriyyəsi 573,1 milyon dollar (il ərzində 3,7 faiz artım) təşkil edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 930 19.04.18 12:04