ABŞ ştatı Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi - FOTO + VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:23 Sabah yenə yağış yağacaq - PROQNOZ  |     13:22 XİN rəhbəri: Azərbaycan Malta ilə ikitərəfli əməkdaşlığı genişləndirməyə hazırdır  |     13:13 Ukrayna Xarkovdan minlərlə insanı təxliyə etdi: Rusiya bölgədə irəliləyir  |     12:48 Azərbaycan iqtisadiyyatı 4 % artıb  |     12:46 Türk konsulu qətlə yetirən ASALA terrorçusu İrəvanda saxlanılıb - VİDEO  |     12:38 Hindistanda reklam lövhəsinin uçması nəticəsində ölənlərin sayı artdı  |     12:38 Azərbaycan XİN İsraili təbrik etdi  |     12:35 UEFA qərar verdi: Futbolda yeni qaydalar tətbiq olunacaq  |     12:35 Azərbaycanda 58 min 500 nəfər işlə təmin edilib  |     12:34 Elşad Hacıyev: “Kibertalama riskləri artır, hər kəs diqqətli olmalıdır”  |     12:33 Dövlət Departamenti Azərbaycan və Ermənistanın tez bir zamanda sülh razılaşmasına nail olmasını dəstəkləyir  |     12:30 Bakıda sürücü ilə sərnişinlər arasında pandus mübahisəsi - RƏSMİ AÇIQLAMA (VİDEO)  |     12:25 Minimum əməkhaqqı nə qədər arta bilər? - AÇIQLAMA  |     12:24 Oğuzda 14 kəndin internet təminatı kəsildi - SƏBƏB  |     12:02 Çörəyin içərisindən taxta parçası ÇIXDI: Zavod CƏZALANDIRILDI - RƏSMİ  |     12:00 Göyçayda sel: Çay yatağı zibillə dolub-daşdı - VİDEO  |     11:59 Əlilliyin qiymətləndirilməsi ilə bağlı DƏYİŞİKLİK  |     11:57 Təhsil kreditləri alanların siyahısı genişləndirildi - YENİLİK  |     11:55 Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı QƏRAR  |     11:54 Maştağada əvvəllər məhkum olunmuş kişi özünü asdı  |    

ABŞ ştatı Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi - FOTO + VİDEO

ABŞ-ın Arizona Ştatının Senatı Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə edən bəyannamə qəbul edib.

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan oxu.az-a verilən xəbərə görə, sənəd Senatın plenar iclasında Senat sədrinin müavini senator Con Kavana (John Kavanagh) tərəfindən oxunduqdan sonra yekdilliklə qəbul olunub.

Bəyannaməni Senat sədri və müavini Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevə təqdim edib.

Senat sədri Stiv Yarbrounun (Steve Yarbrough) imzaladığı bəyannamədə 100 il öncə Azərbaycan xalqının müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika yaratdığı, həmin respublikanın qısa müddətdə böyük sayda mütərəqqi islahatlara imza atdığı, nəinki müsəlman dünyasında ilk dəfə, eləcə də, dövrün bir sıra qabaqcıl dövlətlərindən də öncə qadınlara səsvermə hüququ verdiyi vurğulanır.

Sənəddə Azərbaycanın 1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən sonra ABŞ-ın ölkəmizi tanıyan və onunla diplomatik münasibətlər quran ilk dövlətlərdən biri olduğu, eləcə də, ABŞ və BMT-nin Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünü birmənalı şəkildə tanıdığı və dəstəklədiyi bildirilir.

Bəyannamədə ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra öz suverenliyini və müstəqilliyini gücləndirdiyi, dünyanın ən sürətlə inkişaf edən və çağdaşlaşan dövlətlərindən birinə çevrildiyi, bu gün regionun ən böyük iqtisadiyyata malik ölkəsi və ABŞ-ın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı olduğu vurğulanır.

Bəyannamədə 11 sentyabr terror hücumlarından sonra Azərbaycanın ABŞ-a hərtərəfli dəstək verdiyi, Əfqanıstana sülhməramlı qüvvələr göndərdiyi, hər iki ölkənin kütləvi qırğın silahlarının yayılmasına, terrorizm, narkotik vasitələrin qaçaqmalçılığı və insan alverinə qarşı mübarizədə uğurla əməkdaşlıq etdiyi bildirilir.

Bundan başqa, Azərbaycanın ABŞ, Avropa və İsrailin enerji təhlükəsizliyinə verdiyi töhfə yüksək qiymətləndirilir. Sənəddə ABŞ-ın Azərbaycan kimi müttəfiq dövlətlər ilə münasibətləri bundan sonra da gücləndirməsinin zəruriliyi vurğulanır.

Sənəddə qeyd olunur ki, Los-Ancelesdəki Baş Konsulluq vasitəsilə Azərbaycan Arizona ilə son illərdə güclü əlaqələr qurub.

Bəyannamənin sonunda Arizona Ştat Senatı tərəfindən Azərbaycanın müstəqilliyi, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə bir daha qəti dəstək ifadə edilir və ABŞ-Azərbaycan strateji tərəfdaşlığının daha da gücləndirilməsinin önəmi qeyd olunur.




скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 319 16.04.18 12:28