Azərbaycandakı kütləvi davanın təfərrüatı: Elə faktlar ortaya çıxdı ki... - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 "Neftçi"nin baş məşqçisi: Azarkeşlərdən üzr istəyirəm  |     22:55 "Qarabağ" Bəhlul Mustafazadə ilə müqavilə müddətini uzadıb  |     22:46 Bakı-Quba yolunda “Range Rover” külə döndü - AÇIQLAMA  |     22:37 İrana ”balıq yağışı” yağdı - VİDEO  |     22:28 İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək  |     22:20 Azərbaycan Premyer Liqası: "Qarabağ" "Neftçi"ni böyük hesabla məğlub edib  |     22:13 Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb  |     22:04 Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - FOTO  |     21:54 Azərbaycan və Somali arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib - FOTO  |     21:46 Topçubaşova niyə xristianlığı qəbul etmək təklif olunur?  |     21:38 “Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB  |     21:30 Azərbaycanda güllələnərək öldürülən həkimin GÖRÜNTÜLƏRİ - TƏFƏRRÜAT + YENİLƏNİB/FOTO  |     20:50 Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO  |     20:49 Şəmkirdə minik maşını dərəyə aşıb, ölən və yaralananlar var - YENİLƏNİB  |     20:42 ABŞ səfiri təxribatlara davam etsə, “persona non-grata” elan oluna bilər  |     20:36 Nazir: İqlim maliyyələşməsinin böyük hissəsini inkişaf etmiş ölkələr ayırmalıdır  |     20:28 Botoksun psixikaya faydası üzə çıxdı  |     20:13 Mayın 5-6-da maqnit qasırğası olacaq  |     20:05 Dördüncü kurs tələbəsi vəfat etdi  |     19:47 Kreml Ukraynanın keçmiş prezidentini axtarışa verib  |    

Azərbaycandakı kütləvi davanın təfərrüatı: Elə faktlar ortaya çıxdı ki... - FOTO

Kənd sakinlərinin dediyinə görə, davada adı hallanan Bağış Haxiəliyev azyaşlıya qarşı seksual hərəkətlər törətdiyinə görə həbs olunubmuş

ardımlı rayonunun Bürzünbül kəndində baş vermiş ölümlə nəticələnən kütləvi davanın təfərrüatı məlum olub. Sputnik Azərbaycan-ın kənd sakinlərindən əldə etdiyi məlumata görə, dava edən tərəflər yaxın qohumlar (dayı oğlu, bibi oğlu) olublar.

Qohumlar arasında uzun müddətdir torpaq sahəsinə görə insident yaşanırmış. Lakin bəzi kənd sakinlərinin dediyinə görə, dava namus məsələsinə görə baş verib.

12 aprel tarixində tərəflər arasında baş vermiş kütləvi davada kənd sakini, 1965-ci il təvəllüdlü Rəciyev Bəyzadə Məmmədağa oğluna öz dayısı oğlu və dayısı nəvələri tərəfindən bədənin müxtəlif nahiyələrinə 30-ə qədər bıçaq zərbələri endirilib. Yaralı Yardımlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, xəstəxanada artıq öldüyü müəyyən olunub.

Elvin Rəcili

Elvin Rəcili

B.Rəciyevlə yanaşı 2 oğlu — Əvəz və Elvin də müxtəlif bıçaq xəsarətləri alıblar. Yararalılara rayon xəstəxanasında tibbi yardım göstərilib, hazırda müalicələri davam etdirilir.

Əvəz Rəcili
Əvəz Rəcili

Baş vermiş kütləvi davada xəsarət yetirən tərəf isə Bürzünbül kənd sakini, 1966-cı il təvəllüdlü Nuru Mətləb oğlu Haxıəliyev və oğlanları Şirxan, Bağış və Əli Haxıəliyevlər olublar. Hadisəyə görə hələ ki, Şirxan Haxıəliyev saxlanılıb. Digərlərinin isə hadisə yerindən qaçdığı iddia olunur.

Əli Haxiəliyev
Əli Haxiəliyev

Qeyd edək ki, Nuru Haxıəliyevin hadisədə adı hallanan bir oğlu Əli Haxıəliyevin Bürzünbül kənd orta məktəbində müəllim işlədiyi, digər oğlunun — Bağış Haxıəliyevin isə həbsxanadan təzəlikcə azad olunduğu bildirilir. Kənd sakinlərinin dediyinə görə, Bağış Haxıəliyev azyaşlıya qarşı seksual xarakterli hərəkətlər törətdiyinə görə həbs olunubmuş.

Əlavə edək ki, saxlanılan Şirxan Haxıəliyevin özünə "Beşbarmaq" təxəllüsü götürdüyü və mərhum avtoritet Rövşən Lənkəranskini kumir seçdiyi müəyyən edilib.

Şirxan Haxiəliyev
Şirxan Haxiəliyev

Baş vermiş hadisə ilə bağlı Yardımlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci ("Qəsdən adam öldürmə") maddəsi ilə cinayət işi açılıb, müvafiq ekspertizalar təyin edilib. Bəyzadə Rəciyevin ölümündə şübhəli bilinən Şirxan Haxıəliyev polis tərəfindən saxlanılıb. Hazırda istintaq davam etdirilir./sputnik.az
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 689 13.04.18 17:11