Bakıda yoxa çıxan gənc girov götürülüb? » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:51 Ərdoğan: “İraq və Suriyada PKK-ya son zərbəni yaxın günlərdə endirəcəyik”  |     22:38 Sumqayıt sakini itkin düşüb  |     21:57 Makron: Fransa Rusiya ilə müharibə aparmır  |     21:36 HƏMAS İsraillə atəşkəsə razılaşıb - YENİLƏNİB  |     21:22 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     21:16 Məhkəmə Anar Məmmədli ilə bağlı qərar verib  |     21:07 Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar  |     20:59 Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR  |     20:53 37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO  |     20:40 Rusiya səfiri Çexiya XİN-ə çağırılıb  |     20:31 17 yaşlı qızın ölümündə günahkar kimdir?  |     20:23 “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi  |     20:19 Laos Prezidenti Rusiyaya səfər edəcək  |     20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |    

Bakıda yoxa çıxan gənc girov götürülüb?

Bakıda 21 yaşlı gənc müəmmalı şəkildə yoxa çıxıb.

Xəzər rayonu, Türkan qəsəbə sakini 1996-cı il təvəllüdlü Balabəyov Balabəy Azər oğlu 31 mart tarixində işlədiyi "Şah petrol" yanacaqdoldurma məntəqəsinə işə gedib. Səhəri gün - 1 apreldə iş yerindən atasına zəng vurub, aglayaraq borcu olduğunu deyib. Daha sonra müdiri ata ilə danışaraq oğlunun 431 manat kəsiri olduğunu bəyan edib.

Atası oğlunun operator vəzifəsində çalışdığı Xətai rayonu, Günəşli qəsəbəsində yerləşən “Şah petrol” yanacaqdoldurma məntəqəsindən yoxa çıxdığını iddia edir və oğlunun itkin düşməsində yanacaqdoldurma məntəqəsinin müdirini günahlandırır.

Balabəyin atası Azər Balabəyov oğlunun itkin düşməsilə bağlı Xətai Rayon Polis İdarəsinin 35-ci polis bölməsində ərizə yazıb. Balabəy Balabəyovun itkin düşməsi ilə bağlı Xətai Rayon Polis İdarəsi tərəfindən axtarış elan olunub.

Tanınmış jurnalist Afət Rahilqızı gəncin müəmmalı şəkildə yoxa çıxmasının səbəblərini araşdırıb. Yaxınlarının açıqlamalarını bu gün saat 12.50-də ARB TV-də yayımlanan “Afət Rahilqızı ilə çıxış yolu” proqramında izləyə bilərsiz./baku.wsскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 234 11.04.18 11:55