Hadı Rəcəbli: “Mən Allahın yolunu tutmuşam” » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:52 Millimizin yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşib  |     17:38 Şəhid qardaşı: “Otuz ildir ki, gözümüz yollarda idi”  |     17:26 Ermənistan prezidenti ABŞ-yə işgüzar səfərə gedib  |     17:15 COP29-la bağlı iki xəstəxana ayrılıb  |     17:00 Moskva-Orenburq reysi ilə uçan sərnişin təyyarəsi radarlardan itib  |     16:52 Bakı restoranında faciə  |     16:15 Bakıda qadın həkimin bıçaqlanması ilə bağlı bəzi TƏFƏRRÜAT AÇIQLANDI  |     15:56 Vilayət Eyvazovdan Xankəndiyə yeni təyinat  |     15:40 Ermənistanın Azərbaycanla sərhəddəki kəndində torpaq sürüşməsi baş verib  |     15:27 Hərbi vəzifəlilərin təlim toplanışı davam edir - VİDEO  |     15:21 Yasamalda əməliyyat: Saxlanılanlar var - VİDEO  |     15:09 Almaniya Rusiyadakı səfirini geri çağırıb  |     14:52 Hüseyn Həsənovun vergi orqanlarına 153 milyon borcu var  |     14:51 Mayın 8-də geomaqnit qasırğası gözlənilir  |     14:34 Ermənistan XİN Almatıda Bakı ilə müzakirə olunacaq məsələləri açıqladı  |     14:23 Hansı şəxslərə 1380 manat veriləcək? - Deputat AÇIQLADI  |     14:22 ABŞ səfiri Şuşaya gedib  |     13:52 Ağdərədə sümük fraqmentləri aşkarlanıb  |     13:51 Prezident TƏSDİQLƏDİ - Daha bir ölkəyə vizasız gedə biləcəyik  |     13:28 Zərərçəkənin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaqlar  |    

Hadı Rəcəbli: “Mən Allahın yolunu tutmuşam”

"Mənim xanımım həci xanımdır. İki qızım, iki bacım həci xanımdır. Ailə üzvlərim namaz qılır, Allaha ibadət edirlər. Bizim evdə stolun üstündə Quran var. Mənim bu dəqiqə Milli Məclisdəki kabinetimdə başımın üzərində Quran var. Mən Allaha bağlı insanam. Allahın yolunu da həmişə tutmuşam”.

Median.Az
xəbər verir ki, bunu İnterpress.az-a açıqlamasında Milli Məclisin deputatı Hadi Rəcəbli deyib.

O bildirib ki, Allah ömür versə, Kəbə evinə təkrar getməyi düşünür:
Hazırda Həccə getməyi planlaşdırmıram. Allah ömür verər, məqam olarsa, Həcc ziyarətinə bir dəfə də gedərəm. Mən Kəbə evinin içərisində olmuşam. Ulu öndər Heydər Əliyev və cənab İlham Əliyevlə birlikdə. Mənə bu qismət olub. Bu, böyük bir xoşbəxtlikdir. Orada Kəbə evinin qapısını bizim üçün Səudiyyənin kralı açdı. Biz kralın qonaqları idik. O xoşbəxtlik mənə nəsib olub. Kəbə evində olduğum ruhu da saxlamışam. Çünki Allahdan qorxmaq lazımdır”.

Millət vəkili onun sözlərini mətbuatda təhrif edən jurnalistlərə səslənib:

"Mən özüm də jurnalist işləmişəm, jurnalistlərin dostuyam. Jurnalist yoldaşları da çağırıram ki, Allah xofu ürəklərində olsun. Allahdan qorxsunlar. Bir az diqqətli olsunlar. Təhrif etməsinlər yazıları. Yaşlı adamlara qarşı bir az da həssas olsunlar. Mən mətbuata açığam, bunlar isə mənim başıma gör, nə oyunlar gətirirlər. Bu da çox narahatedici məsələdir. Mən də o jurnalistləri Allaha tapşırıram ki, mənim ünvanıma o qədər söyüş söydürürlər. Allah da bilir. Mən Allaha şükürlər olsun ki, Allahın yolunu tutmuşam, 25 ildir ki, parlamentdəyəm və başımın üstündə də Quran var”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 369 06.04.18 13:01