Qara dəliklər “şəhəri” aşkarlandı » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:51 Ərdoğan: “İraq və Suriyada PKK-ya son zərbəni yaxın günlərdə endirəcəyik”  |     22:38 Sumqayıt sakini itkin düşüb  |     21:57 Makron: Fransa Rusiya ilə müharibə aparmır  |     21:36 HƏMAS İsraillə atəşkəsə razılaşıb - YENİLƏNİB  |     21:22 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     21:16 Məhkəmə Anar Məmmədli ilə bağlı qərar verib  |     21:07 Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar  |     20:59 Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR  |     20:53 37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO  |     20:40 Rusiya səfiri Çexiya XİN-ə çağırılıb  |     20:31 17 yaşlı qızın ölümündə günahkar kimdir?  |     20:23 “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi  |     20:19 Laos Prezidenti Rusiyaya səfər edəcək  |     20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |    

Qara dəliklər “şəhəri” aşkarlandı

ABŞ-ın Kolumbiya universitetinin alimləri Süd Yolunun mərkəzində, daxilində 20 minə qədər qara dəliyin olduğu ehtimal edilən onlarla ulduz qrupu aşkarlayıb.

Median.Az xəbər verir ki, bu barədə “Science Alert” nəşri məlumat yayıb.

Alimlər qalaktikanın nüvəsində mövqe tutan super-nəhəng qara dəliyin yaxınlığında kiçik ölçülü qara dəliklərin çoxalmasını kosmik nöqteyi-nəzərdən qanunauyğun bir hal sayır.

Tədqiqatçılar bunu sıxlıqın son həddi (ing:density cup) adlandırsalarda, buna qədər onun mövcudluğu barədə heç bir elmi sübut yox idi.

Astronomlar “Chandra X-ray Observatory” rentgen rəsədxanasının son 12 il ərzində topladığı məlumatları təhlil edib. Onlar qara dəlik və kiçik kütləli ulduzlardan ibarət binar sistemlərlə əlaqəli aydın rentgen işartılarını axtarıb.

Nəticədə “A” Oxatanından (Süd Yolunun mərkəzində olan yüksək sıxlıqlı obyekt) üç işıq ili uzaqlıqda 12 tranziyent (bəyazlığını dəyişən kosmik obyekt) aşkarlayıb.

Müşahidə və təhlillərdən sonra alimlər belə bir nəticəyə gəlib ki, Qalaktikanın mərkəzi sahəsində 3,2 işıq ili diametrində olan 300-500 binar sistem və 10 min fərqli qara dəlik mövcuddur. Onlar “A” Oxatanını əhatə edən qaz və tozdan təbəqəsindən formalaşmış nəhəng ulduzlarda baş verən partlayışdan sonra meydana gəlib.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 693 05.04.18 20:14