Qara dəliklər “şəhəri” aşkarlandı » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:05 Braziliyalı futbolçu Adriano işgəncələrə məruz qalıbmış  |     19:04 25 minə yaxın şagird Azərbaycan dilindən imtahan verəcək  |     18:49 Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmen külli miqdarda pul mənimsəyib?  |     18:37 Nərimanovdakı bazarda bəzi məhsulların satışına məhdudiyyət qoyuldu  |     18:24 Rusiya səfiri Britaniya Xarici İşlər Nazirliyinə çağırıldı  |     18:14 Rusiya səfiri Britaniya Xarici İşlər Nazirliyinə çağırıldı  |     18:01 Nazir rüşvət almaqda təqsirləndirilən şəxsi işdən çıxardı  |     17:45 Zaxarovadan Rusiya hərbi attaşesini ölkədən çıxaran Britaniyaya reaksiya: “Adekvat cavab veriləcək”  |     17:37 "Sədərək Yusif"in oğlunun evindən oğurluq edənin cəzası azaldıldı  |     17:30 AQTA Zaqatalada zəhərlənmənin səbəbini açıqladı  |     17:23 Ukrayna məhkumları döyüşə göndərir  |     17:03 Ankarada Azərbaycanla Türkiyə arasında Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilir  |     16:41 Masazırda ƏMƏLİYYAT: Saxta spirtli içki hazırlayan dəstə ələ keçdi - FOTO/VİDEO  |     16:35 Rayonlarda leysan olacaq  |     16:19 Azərbaycanda bank kartlarında problem yarandı  |     16:08 Rusiya qoşunları daha iki yaşayış məntəqəsini nəzarətə götürdü  |     15:48 Erməni kilsəsi - daşnakların bütün bəlalarının mənbəyi - VİDEO  |     15:40 Peskov Putin və Paşinyanın görüşündən danışdı  |     15:28 ABŞ Çinə ChatGPT-yə girişə məhdudiyyət qoyur  |     15:22 Azərbaycan bəzi ölkələrdən quş ətinin idxalını bərpa edir  |    

Qara dəliklər “şəhəri” aşkarlandı

ABŞ-ın Kolumbiya universitetinin alimləri Süd Yolunun mərkəzində, daxilində 20 minə qədər qara dəliyin olduğu ehtimal edilən onlarla ulduz qrupu aşkarlayıb.

Median.Az xəbər verir ki, bu barədə “Science Alert” nəşri məlumat yayıb.

Alimlər qalaktikanın nüvəsində mövqe tutan super-nəhəng qara dəliyin yaxınlığında kiçik ölçülü qara dəliklərin çoxalmasını kosmik nöqteyi-nəzərdən qanunauyğun bir hal sayır.

Tədqiqatçılar bunu sıxlıqın son həddi (ing:density cup) adlandırsalarda, buna qədər onun mövcudluğu barədə heç bir elmi sübut yox idi.

Astronomlar “Chandra X-ray Observatory” rentgen rəsədxanasının son 12 il ərzində topladığı məlumatları təhlil edib. Onlar qara dəlik və kiçik kütləli ulduzlardan ibarət binar sistemlərlə əlaqəli aydın rentgen işartılarını axtarıb.

Nəticədə “A” Oxatanından (Süd Yolunun mərkəzində olan yüksək sıxlıqlı obyekt) üç işıq ili uzaqlıqda 12 tranziyent (bəyazlığını dəyişən kosmik obyekt) aşkarlayıb.

Müşahidə və təhlillərdən sonra alimlər belə bir nəticəyə gəlib ki, Qalaktikanın mərkəzi sahəsində 3,2 işıq ili diametrində olan 300-500 binar sistem və 10 min fərqli qara dəlik mövcuddur. Onlar “A” Oxatanını əhatə edən qaz və tozdan təbəqəsindən formalaşmış nəhəng ulduzlarda baş verən partlayışdan sonra meydana gəlib.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 699 05.04.18 20:14