“Facebook Messenger”də yazışmalar izlənilir » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:51 Ərdoğan: “İraq və Suriyada PKK-ya son zərbəni yaxın günlərdə endirəcəyik”  |     22:38 Sumqayıt sakini itkin düşüb  |     21:57 Makron: Fransa Rusiya ilə müharibə aparmır  |     21:36 HƏMAS İsraillə atəşkəsə razılaşıb - YENİLƏNİB  |     21:22 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     21:16 Məhkəmə Anar Məmmədli ilə bağlı qərar verib  |     21:07 Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar  |     20:59 Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR  |     20:53 37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO  |     20:40 Rusiya səfiri Çexiya XİN-ə çağırılıb  |     20:31 17 yaşlı qızın ölümündə günahkar kimdir?  |     20:23 “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi  |     20:19 Laos Prezidenti Rusiyaya səfər edəcək  |     20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |    

“Facebook Messenger”də yazışmalar izlənilir

“Facebook Messenger”də istifadəçilərin paylaşdığı linklər və şəkillər yoxlanılır. Eyni zamanda moderatora şikayət daxil olduqdan sonra yazışma təhlil olunur və şirkətin qaydalarını pozan istifadəçinin hesabı ən yaxşı halda bloklanır, ən pis halda isə ümumiyyətlə bağlanır.

Median.Az “Bloomerg”ə istinadən xəbər verir ki, şirkət rəhbərliyi belə bir praktikanın mövcud olduğunu təsdiqləyib.

Sosial şəbəkənin təsisçisi bu yaxınlarda verdiyi müsahibələrin birində, “Messenger”də Myanmada müsəlmanlara qarşı etnik təmizləmə ilə əlaqədar “sensasiyalı məlumatların” ötürüldüyünü faktının aşkarlandığını bildirib. Onun sözlərinə görə “Facebook” sistemi bu məlumatları bloklayıb.

Zukerberqin bu bəyanatı bir sıra istifadəçilərin narahatçılığına səbəb olub. Onlar sosial şəbəkənin yazışmaları nə dərəcədə təfsilatlı şəkildə təhlil etdiyi sualını verib.

Şirkət rəhbərliyi bildirib ki, burada söhbət məlumatları skan edən alqoritmdən gedir. Eyni alətdən sosial şəbəkədə postların kontentinin “Facebook” qaydalarına uyğunluq baxımından avtomatik yoxlanılmasında istifadə olunur.

“Məsələn, siz “Messenger”lə şəkil göndərdikdə, bizim sistem avtomatik onu skan edir və alqoritm deyək ki, uşaqların cinsi istismarı ilə bağlı bazada olan şəkillərlə uyğunluğun olub olmadığını yoxlayır. Siz linklər göndərdikdə, biz həmin saytlarda virusun olub-olmadığını yoxlayırıq” deyə “Facebook” rəhbərliyinin nümayəndəsi bildirib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 666 05.04.18 20:05