Bakı Zooloji Parkına yeni heyvanlar gətirilib » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:51 Ərdoğan: “İraq və Suriyada PKK-ya son zərbəni yaxın günlərdə endirəcəyik”  |     22:38 Sumqayıt sakini itkin düşüb  |     21:57 Makron: Fransa Rusiya ilə müharibə aparmır  |     21:36 HƏMAS İsraillə atəşkəsə razılaşıb - YENİLƏNİB  |     21:22 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     21:16 Məhkəmə Anar Məmmədli ilə bağlı qərar verib  |     21:07 Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar  |     20:59 Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR  |     20:53 37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO  |     20:40 Rusiya səfiri Çexiya XİN-ə çağırılıb  |     20:31 17 yaşlı qızın ölümündə günahkar kimdir?  |     20:23 “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi  |     20:19 Laos Prezidenti Rusiyaya səfər edəcək  |     20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |    

Bakı Zooloji Parkına yeni heyvanlar gətirilib

Bakı Zooloji Parkına yeni heyvanlar gətirilib.

Median.Az
xəbər verir ki, bu barədə Trend-ə Zooloji Parkın direktoru Azər Hüseynov deyib.

A.Hüseynov qeyd edib ki, Bakı Zooloji Parkının Moskva Zooloji Parkı ilə müqaviləsi əsasında bir cüt "Dağıstan turu" dağ keçisi, 3 baş göy qulaqlı qırqovul quşu, 3 baş mandarin ördəyi, xalçaya bənzər piton gətirilib.

Direktor bildirib ki, hazırda parkda təmir-tikinti işləri aparılır. A.Hüseynov qeyd edib ki, təmir işləri başa çatdıqdan sonra yer qalarsa, yeni heyvanların gətirilməsi nəzərdən keçirilə bilər.
Qeyd edək ki, bundan öncə Trend Bakı Zooloji Parkının Daşkənd Zooloji Parkı ilə müqaviləsi əsasında Heyvanat Parkına bir lama, bir yallı qoyun (Afrika faunasına aid), bir çəhrayı qutan, bir quzğun və bir iri yapalağın gətirilməsi barədə məlumat vermişdi.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            990 05.04.18 18:34