"Bunlar düzəlməsə də olar, təki qızım sağalsın" - Çarəsiz ana kömək istədi (FOTO) » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:29 Nigeriyanın ştatında bir həftə ərzində 42 nəfər qızılcadan ölüb  |     19:07 Konqo Demokratik Respublikasında 8 əsgərə fərariliyə görə ölüm cəzası verilib  |     18:56 Şəkidə 59 yaşlı kişi iki nəfəri güllələyib öldürdü  |     18:54 “Fənərbağça”nın əfsanəsi Super Liqa klubunu çalışdıra bilər  |     18:45 Azərbaycanda iki nəfər güllələnərək öldürüldü  |     18:26 Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür  |     18:12 Xəzər rayonunda avtoqəza: Xəsarət alan var  |     17:54 Bölgələr köhnə avtobuslardan nə vaxt qurtulacaq? - VİDEO  |     17:48 Azərbaycan və Türkiyə XİN başçılarının görüşü olub  |     17:40 Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qalıb  |     17:20 Ermənilərin 30 ildə darmadağın etdiyi kənddəki bərpa işlərindən görüntülər - VİDEO  |     17:05 Şərura dolu düşüb  |     16:46 XİN Azərbaycanın NATO ilə əməkdaşlığına dair paylaşım etdi  |     16:45 Astana Azərbaycan və Ermənistan arasında sülh prosesinə kömək etməyə hazırdır  |     16:20 Keçmiş məhkumlar narkotiklə tutuldular  |     16:12 PA rəhbəri: “COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir”  |     16:07 Sabah Bakıda bəzi küçələr bağlı olacaq - SİYAHI  |     14:59 Azərbaycanda zəlzələ olub  |     14:41 Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ  |     14:19 Bakıda 55 yaşlı qadının meyiti tapıldı  |    

"Bunlar düzəlməsə də olar, təki qızım sağalsın" - Çarəsiz ana kömək istədi (FOTO)

Göyçayda yaşayan İbrahimovlar ailəsindən Femida.az saytına müraciət daxil olub. Şəkillərdə gördüyünüz ailə Göyçay şəhəri Natavan küçəsi ev 31 ünvanında çox acınacaqlı vəziyyətdə yaşayır. 6 nəfərlik ailədə 4 uşaq var. Evdə işləyən təkcə atadır. O da fəhləliklə quru çörəklərini çıxarır.

Ailənin iki böyük qızı Ulduz və Vüsalə 7-ci sinifdə oxuyurlar. Üçüncü uşaq Zəhra isə xəstədir. Zəhraya epilepsiya-bayılma-nevroloji diyater, psixi-əqli inkişafın ləngiməsi , nitqin ləngiməsi və mədə bağırsaq pozğunluğu diaqnozu qoyulub. Balaca uşaq İmaməli isə birinci sinifdə oxuyur.

Göründüyü kimi ev çiy kərpicdən tikilib, şiferlər sınıq-sınıqdır. Yağış yağanda evə su dolur. Ev qəza vəziyyətindədir.
Lakin bütün bunlar ailənin ümidlə həyata tutunmasına mane olmur. Çünki onların tək dərdi Zəhranın sağalmasıdır. Zəhranın 9 yaşı olmasına baxmayaraq, özü 3 yaşında olduğunu düşünür. Məktəbə gedə bilmir. Xəstəliyi onu həm danışmağa qoymur, həm də əqli inkişafdan saxlayır. Gerisini Zəhranın anası İlhamə xanımın dilindən oxuyun:

"Ailəmiz 6 nəfərdən ibarətdir. Uşaqlarımdan ikisi əlildir. Bizim ən böyük arzumuz Zəhranın sağalmasıdır. 9 aylığından müalicə olunur, amma hələ də danışa bilmir. Bir iki sözü deyə bilir, bu qədər. Bu günədək öz hesabımıza müalicə etmişik. İndi elə bir mərhələdəyik ki, müalicəni saxlamaq olmaz, amma müalicə edəcək gücümüz də qalmayıb. Əvvəlcə OMEDİ-də müalicə alırdı. Daha sonra orda müalicəsi mümkün olmadı. Dedilər ki, müalicə Almaniyada müalicə olunmalıdır. Arayış da verdilər. Ümidimizin üzüldüyü bir anda öyrəndik ki, Bakıda yerləşən "Loqos” hospitalında müalicə mümkündür. Ora aparanda bildirdilər ki, 3-4 ay ərzində uşağı müalicə edib nitq qabiliyyətini bərpa etmək olacaq. Lakin bunun üçün 3 min manat pul tələb olunur. Həm nevropataloq baxmalıdır, həm pediatr, həm mədə-bağırsağı müalicə olunmalıdır.

 

Buradan xeyriyyəçi şəxslərə səslənirəm ki, bizə kömək göstərsinlər. Şəkillərdən də görürsünüz ki, necə bir evdə yaşayırıq. Nə hamam var, nə mətbəx, nə də məişət əşyaları. Uşaqları ləyəndə çimizdirirəm. Divarlar çat içindədir. Lakin heç bunlar düzəlməsə də olar, təki qızım sağalsın. Xahiş edirəm ki, bizdən köməyinizi əsirgəməyin”.

Göyçay rayon rəhbərliyindən, eləcə də ölkənin imkanlı və xeyriyyəçi şəxslərindən ailəyə yardım etməsini xahiş edirik. Kömək etmək istəyənlər Zəhranın atası Taleh bəylə birbaşa 0505447086 nömrəsi vasitəsilə əlaqə saxlaya bilərlər.

Yardım üçün bank hesabı:
Kapital Bank Göyçay Filialı
Müxbir hesab: AZ37NABZ01350100000000001944
Benefisiarın adı: İLHAMƏ İBRAHİMOVA BABA QIZI
Benefisiarin hesabı: AZ63AIIB41010019440290564179

 

 

 скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 684 02.04.18 18:38