Bakıya kəsmək üçün heyvan gətirilməsi qadağan olunur » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Xərçəng xəstəliyi ilə bağlı önəmli araşdırma: D vitamini nəyə qadirdir?  |     22:49 Tibbi arayışların elektronlaşması nə vəd edir? (AÇIQLAMA)  |     22:36 “Xarıbülbül” eksklüziv, limitli kolleksiyasına daxil olan xalçaların kəsim mərasimi keçirilib  |     22:29 Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib  |     22:20 Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək  |     22:14 Salyanda avtomobil traktorla toquşub, xəsarət alan var  |     22:07 "Dərinsulu Günəşli" platformasından hasilat müvəqqəti dayandırılıb  |     22:00 Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olanların sayı açıqlanıb  |     21:48 Füzulidə 3 otaqlı ev yanıb  |     21:41 Ermənistanda delimitasiyaya etiraz edən şəxslər İrəvan-Sevan yolunu bağlayıb - VİDEO  |     21:35 Azərbaycan cüdoçusu Avropa çempionu olub  |     21:29 Buğdanın qiyməti niyə ucuzlaşır? (ŞƏRH)  |     21:22 Azərbaycanda bu məşhur zavod bağlanır  |     21:14 İstanbul terrorçusu 7 ömürlük və 1794 il həbs cəzası aldı  |     21:08 Talıb Talenin toyu olacaq (VİDEO)  |     20:49 Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb  |     20:42 Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var  |     20:39 MTK və sakinlər qarşı-qarşıya: Yeddi ildir kirayədə yaşamağa məcburuq - VİDEO  |     20:34 Etiraz aksiyasında iştirak edən erməni deputatlar saxlanılıb  |     20:25 Azərbaycanlı deputat ATƏT PA-nın Büro iclasında iştirak edəcək  |    

Bakıya kəsmək üçün heyvan gətirilməsi qadağan olunur

"Hazırda ölkədə qanunsuz ət kəsiminin qarşısını almaq məqsədi ilə layihənin hazırlanması istiqamətində iş gedir. Bu iş yaxın vaxtlarda yekunlaşdırılacaq və layihə ölkə rəhbərliyinə təqdim ediləcək".
 
Median.Az
-in “Report”a istinadən məlumatına görə, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli “Media və təhlükəsiz qida” mövzusunda keçirilən tədbirdə deyib.
 
O qeyd edib ki, qanunsuz ət kəsimi məsələsi ilə əlaqədar monitorinq keçirilib: "Monitorinq zamanı Azərbaycanda təxminən 111 baytarlıq sanitar ekspertiza laboratoriyalarının olduğunu öyrəndik və onların şəraitini araşdırdıq. Hesab edirik ki, bu məsələnin qarşısı sırf inzibati qaydada alınmalıdır. Çünki əks halda görülən tədbirlər müvəqqəti xarakter daşıyacaq. Ona görə təklif etdik ki, hər bir rayonda və Bakı şəhərində ət kəsimi məntəqələri yaradılsın".
 
Agentliyin sədri bildirib ki, artıq bununla bağlı Bakı Şəhəri İcra Hakimiyyəti və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri ilə görüşlər keçirilib: "Bakı kəndləri və paytaxt ətrafı regionlar üzrə əhali və təsərrüfat sayına görə kəsim məntəqələri yaradılacaq. Hazırda kəsim yerlərinin formaları müəyyənləşdirilir. Bu məntəqələr ola bilsin modul tipli və ya mobil formada olsun. Artıq onların standartları müəyyənldirilib və eskizlər çəkilib.
 
Qurban bayramında Azərbaycanda kütləvi şəkildə heyvan kəsimi həyata keçirilir. Ona görə də ölkədə həmin ərəfədə nə qədər kəsim məntəqələrində ehtiyac olduğu və onların müvafiq laboratoriyalarla təmin edilməsi məsələsi araşdırılır. Bundan başqa, Bakıya iri və xırda buynuzlu heyvanların gətirilməsi qadağan olunacaq. Paytaxtın ətrafındakı qəsəbələrdə isə ancaq iribuynuzlu heyvanları müvafiq təsərrüfatlarda saxlamaq üçün icazə veriləcək. Gələcəkdə Qurban bayramı ərəfəsində küçələrdə ət kəsimi olmayacaq".  скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 187 17.03.18 13:56