Dünya çempionuna Cüdo Federasiyasında vəzifə verildi » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:18 Rusiya XİN: “Postsovet məkanında bütün məsələlər qonşular arasında birgə həll edilməlidir”  |     23:04 Dünyanın ən çətin dilləri: İlk 5-lik  |     22:54 Coni Rusiyada daha bir mükafat aldı - FOTOlar  |     22:46 Yeni Kaledoniyada səsvermə hüquqlarının pozulması fonunda komendant saatı tətbiq edilib  |     22:38 Bakı-Xırdalan-Sumqayıt qatarında gecikmə olub  |     22:30 Rusiya MN-nin idarə rəisinə külli miqdarda rüşvət verən erməni saxlanıldı  |     22:22 Peşə Təhsil Mərkəzi İsveçrə Universiteti ilə əməkdaşlığa başlayır  |     22:16 Azərbaycanda mərkəz direktoru İŞDƏN ÇIXARILDI  |     22:08 Lənkəranda meyiti tapılan qadının kimliyi məlum olub - YENİLƏNİB  |     22:00 Şuşada mərkəzi küçələrdən birinə Milli Qəhrəmanın adı verilib - FOTO  |     21:52 Dəhşətli qəzada ölən qazi ilə dostunun FOTOsu  |     21:45 Arvad evə əxlaqsız qadınlar gətirən kikboksçu ərini öldürdü - VİDEO  |     21:38 Gəliriniz artacaq, maliyyə vəziyyətiniz yaxşılaşacaq – 4 bürcə ŞAD XƏBƏR  |     21:30 Pakistanda yaşayış binasında partlayış: Ölənlər var  |     21:23 Türkiyədə son 53 ilin ən isti apreli qeydə alınıb  |     21:16 Əli Əsədov İqor Petrişenko ilə görüşdü  |     21:10 Son günlər müşahidə olunan intensiv yağıntıların kənd təsərrüfatına təsirləri açıqlanıb  |     21:02 Vəfa Şərifovanın külli miqdarda olan AYLIQ GƏLİRİ  |     20:56 Daha bir naməlum şəhidin kimliyi bilindi  |     20:48 Azərbaycanlı gənc qəzada həlak oldu - ANBAAN VİDEO  |    

Dünya çempionuna Cüdo Federasiyasında vəzifə verildi

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan Cüdo Federasiyasının (ACF) Hesabat Konfransı və İcraiyyə Komitəsinin iclası keçirilib.

Konfransı federasiya prezidenti Rövnəq Abdullayev açdıqdan sonra söz Elmar Babanlıya verilib.

Babanlı isə Azərbaycan cüdoçularının 2017-ci ildə əldə etdiyi nailiyyətlər barədə hesabat verib.

O bildirib ki, ötən il 191 medal qazanmışıq. Bunlardan 68-i qızıl, 57-si gümüş və 66-sı bürünc medal olub.

Məruzəçi Faiq Cəfərov isə sponsorlardan 72 faiz, Beynəlxalq Cüdo Federasiyasından (BCF) 23 faiz, beynəlxalq tədbirlərdən 5 faiz federasiyaya gəlir əldə edildiyini bildirib.

Gəlirlərdən 15 milyon manatın 11 milyon manatı sponsorlardan, 3 milyon manatın SOCAR-ın BCF ilə əməkdaşlığı nəticəsində pul və əmlak formasında daxil olub.

Xərclər isə beynəlxalq yarışlara, ölkədaxili yarışlara, əməkhaqqı və mükafatlara, müalicə və vitaminlərə, nəqliyyat, viza məsələlərinə və s. olub. Gəlirlərdən yığmanın toplanış və yarışlarına 5 milyon manatdan çox vəsait xərclənib.

Təqribən bu qədər vəsait ölkədaxili yarışlara, 911 min manatı vitaminləşməyə, 2 milyon 400 min manat əmək haqqı və mükafatlara, 911 min manatı yeni avadanlığın alınmasına, 230 min manatı xaricdə seminarlara sərf olunub.

Federasiyanın İcraiyyə Komitəsinə 2012-ci ildə yaradılmış “Cudo Klub”un təsisçisi, veteranlar arasında dünya və Avropa çempionu, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti Azər Əsgərov seçilib.

Səkkiz klub isə federasiyanın üzvlüyünə rəsmi şəkildə qəbul edilib. Bunlar DİN İdman Cəmiyyəti, MOİK, “Sərhədçi”, FHN, “Cudo Klub”, “Qəbələ” İdman Klubu, “Turan” və 1 nömrəli RİOEUGİM-dir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            4 165 15.03.18 15:23