Mojo.az Banner
17:31 Qaradağda ər arvadını döydü  |     17:22 Qızdırılan tütün məmulatı elektron siqaret hesab edilməyəcək  |     17:19 Korrupsiya ilə bağlı 36 tibb işçisi məsuliyyətə cəlb edilib  |     17:14 Kərim harda dəfn olunacaq? (AÇIQLAMA)  |     17:09 Azərbaycanda azarkeşlər meydana daxil olaraq FUTBOLÇULARI DÖYDÜLƏR  |     17:00 Bu tələbələrə əlavə 200 manat TƏQAÜD VERİLİR  |     16:48 Qan banklarının siyahısında dəyişiklik edilib  |     16:42 Meyxanaçı Kərim vəfat etdi  |     16:21 "Arsenal"ın hücumçusu zədəsini sağalda bilmir  |     16:21 Türkiyədə tanınmış şəxslərə qarşı narkotik əməliyyatı: Məşhur aktrisa Ezgi Eyüboğlu saxlanıldı  |     15:58 Cəriməsi 82 manatdır deyib YPX-dan qaçdı, 200 manat cərimə edildi  |     15:50 Bakıda onlayn qumar oynayan stamatoloq saxlanılıb  |     15:49 Dövlət Komitəsi gələn ilin tədbirləri üçün 4,5 milyon manat ayırdı  |     15:45 Karen Avanesyanın məhkəməsində şahid ifadələri dinlənilib  |     15:22 Arayik Arutyunyan: "Kəlbəcərdəki tunel və Bəylik bağı hadisələri hərbi cinayətlərdir"  |     15:21 Rayon və kəndlərdə tibb bacılarının evlərdə fəaliyyətinə icazə verilmir  |     15:20 Azərbaycanın neft məhsulları Ermənistana ÇATDI  |     15:19 Yarım milyonluq dələduzluqda ittiham olunan şirkət rəhbərinin məhkəməsi başlayıb  |     14:58 Beyləqanda dörd yaşlı uşaq kanalizasiya quyusuna düşərək ölüb  |     14:49 Şahin Bağırov idarə rəisini İŞDƏN ÇIXARDI  |    
Left Banner
Right Banner

Təqaüdlərin təyin edilməsində yeni qayda

17.02.2018 13:43 2 470
Təqaüdlərin təyin edilməsində yeni qayda
Nazirlər Kabineti “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları"nda dəyişikliklər edib.

Dəyişikliyə əsasən bu Qaydalar sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərlə bərabər bundan sonra sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılmasını da əhatə edəcək.

Bununla əlaqədar Qaydaların da adı dəyişdirilib və “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları" adlandırılıb. Aylıq müavinətin, təqaüdün və kompensasiyanın təyin edilməsi üçün müraciət etmiş şəxslər və onların ailə üzvləri haqqında tələb olunan sənəd və məlumatların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən elektron formada əldə edilməsi məqsədi ilə Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Təhsil Nazirliyi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunacaq./oxu.azскачать dle 11.3