Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Dövlət Komitəsi gələn ilin tədbirləri üçün 4,5 milyon manat ayırdı

19.12.2025 15:49 639
Dövlət Komitəsi gələn ilin tədbirləri üçün 4,5 milyon manat ayırdı
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 2026-cı il üçün fəaliyyət istiqamətlərinə uyğun olaraq tədbirlərin təşkili xidmətlərinin satın alınması məqsədilə iki ayrı tender elan edib.

Oxu.Az xəbər verir ki, tenderlərin ehtimal olunan məbləği 4.5 milyon manatdan çoxdur.

Birinci tender komitənin 2026-cı ilin I yarımili üzrə fəaliyyət planına uyğun tədbirləri əhatə edir və ehtimal olunan dəyəri 2 milyon 988 min 816.10 manat təşkil edir. Tender çərçivəsində uşaq hüquqları, uşaq əməyi, sosial media platformalarında uşaqların hüquqlarının qorunması, beynəlxalq konfrans və təhlillərin aparılması, eləcə də "Uşaq Səfirlər Məclisi" layihəsi üzrə beynəlxalq təcrübə mübadiləsinin təşkili nəzərdə tutulur.

İkinci tender isə 2026-cı ilin II yarımili üzrə tədbirlərin təşkili xidmətlərini əhatə edir və ehtimal olunan qiymət 1 milyon 517 min 421 manatdır. Bu tender çərçivəsində uşaq əməyi ilə bağlı beynəlxalq ekspertlərin iştirakı ilə təlimlər, "Ailəm könüllüləri" proqramının icrası, əlilliyi olan uşaqlarla bağlı kadrların hazırlanması, regionlarda qadın və uşaq hüquqları üzrə təhlillər, eləcə də insan alveri və məişət zorakılığına dair sosial çarxların hazırlanması planlaşdırılır.

Hər iki satınalmaya yanvarın 23-də yekun vurulacağı planlaşdırılır.

Son xəbərlər