Mojo.az Banner
11:13 Kəlbəcərə sulu qar yağıb - Faktiki hava  |     22:57 Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet alışında yeni qaydalar  |     22:50 Ermənistan ordusunun əsgəri öldü  |     22:38 Gəncədə məktəb bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb  |     22:33 6 min hektardan çox ərazi minalardan təmizlənib  |     22:27 Sentyabrda havanın temperaturu 24 gün yuxarı olub  |     22:19 Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi  |     22:14 13 tibb işçisi eyni gündə işdən çıxarıldı - 20 dəqiqəyə arayış veribmişlər  |     22:05 Gömrükçülər 5 minə yaxın kosmetik vasitə müsadirə etdi  |     22:00 Azərbaycanda iki BOKT-un lisenziyası ləğv edildi  |     21:52 "Alternativ yollar yaradılmalıdır" - Paşinyan  |     21:52 Rusiyada general həbs olundu  |     21:45 Gələn həftə Drakonid meteor yağışı olacaq  |     21:32 Bakının ən bahalı ünvanları: Şok qiymətlər - FOTO  |     21:15 Azərbaycanda dərs zamanı təhlükəli hadisə: Araşdırma başladı  |     21:04 Rusiya Ukraynanın MiQ-29 qırıcısını vurub, pilot həlak olub  |     20:51 Ronaldu millidən ayrıldı, azarkeşlər etirazlarını qeyri-adi formada bildirdilər  |     20:42 Sürücülərin nəzərinə: Bu yol bağlanır  |     20:13 Azərbaycan millisi Lixtenşteynlə qarşılaşır - Canlı  |     19:53 Azərbaycanda deputatın mandatı ləğv edildi  |    
Mojo.az Avto
Mojo.az Avto

Cəriməsi 82 manatdır deyib YPX-dan qaçdı, 200 manat cərimə edildi

19.12.2025 15:58 417
Cəriməsi 82 manatdır deyib YPX-dan qaçdı, 200 manat cərimə edildi
Bakıda yol polisindən qaçan və qəza tərədən şəxs cərimə edilib.

Qaynarinfo-nun məlumatına görə, hadisə Sabunçu rayonu Zabrat yolu istiqamətində baş verib.

1997-ci il təvəllüdlü D.F. mətbəxdə istifadə edilən qaz balonunu yanacaq doldurma məntəqəsində doldurub Zabrat istiqamətində hərəkət edən zaman yol polisi əməkdaşları tərəfindən saxlanılıb. Ona qaz balonun daşınma qaydalarını pozduğuna görə 1000 manat cərimə olunacağı bildirilib. O, polisdən qaçmağın cəriməsinin 82 manat olduğunu düşünərək yolunu dəyişdirib və YPX əməkdaşlarından qaçıb.

D.F. "Mercedes E-240” markalı avtomobillə Zabrat qəsəbəsi, Babək küçəsi ilə üzü şəhər istiqamətində üfiqi nişanlama xəttinin tələbini pozaraq əks istiqamədə hərəkət edib və yol ayrıcında işıqforun qadağanedici işığında yüksək sürətlə kobud qayda pozuntusu edərkən hərəkətdə olan "Toyota Prius" markalı avtomobil ilə toqquşub.

Təqsirləndirilən şəxs məhkəmədə güzgüdən arxadan gələn YPX maşınına baxdığı üçün işıqforu bilmədən keçdiyini və "Prius"la toqquşduğunu, özünü təqsirli bildiyini deyib. O, evdə azyaşlı uşaqları olduğundan barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş edib.

Məhkəmənin hökmü ilə D.F İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib və 200 manat məbləğində cərimə olunub. O, dərhal məhkəmə iclas zalında azad edilib.скачать dle 11.3
Mojo.az Banner