Azərbaycanda qeyri-adi hadisə: Cinsiyyəti məlum olmayan uşaq doğuldu » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Xərçəng xəstəliyi ilə bağlı önəmli araşdırma: D vitamini nəyə qadirdir?  |     22:49 Tibbi arayışların elektronlaşması nə vəd edir? (AÇIQLAMA)  |     22:36 “Xarıbülbül” eksklüziv, limitli kolleksiyasına daxil olan xalçaların kəsim mərasimi keçirilib  |     22:29 Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib  |     22:20 Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək  |     22:14 Salyanda avtomobil traktorla toquşub, xəsarət alan var  |     22:07 "Dərinsulu Günəşli" platformasından hasilat müvəqqəti dayandırılıb  |     22:00 Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olanların sayı açıqlanıb  |     21:48 Füzulidə 3 otaqlı ev yanıb  |     21:41 Ermənistanda delimitasiyaya etiraz edən şəxslər İrəvan-Sevan yolunu bağlayıb - VİDEO  |     21:35 Azərbaycan cüdoçusu Avropa çempionu olub  |     21:29 Buğdanın qiyməti niyə ucuzlaşır? (ŞƏRH)  |     21:22 Azərbaycanda bu məşhur zavod bağlanır  |     21:14 İstanbul terrorçusu 7 ömürlük və 1794 il həbs cəzası aldı  |     21:08 Talıb Talenin toyu olacaq (VİDEO)  |     20:49 Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb  |     20:42 Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var  |     20:39 MTK və sakinlər qarşı-qarşıya: Yeddi ildir kirayədə yaşamağa məcburuq - VİDEO  |     20:34 Etiraz aksiyasında iştirak edən erməni deputatlar saxlanılıb  |     20:25 Azərbaycanlı deputat ATƏT PA-nın Büro iclasında iştirak edəcək  |    

Azərbaycanda qeyri-adi hadisə: Cinsiyyəti məlum olmayan uşaq doğuldu

Azərbaycanda cinsiyyəti məlum olmayan uşaq dünyaya gəlib.

Həkimlər onun cinsiyyətini təyin etmək üçün analizlər etmək məcburiyyətində qalıb. Bununla bağlı Ailem.az-a məlumat verən tanınmış uroloq-cərrah Fuad Hüseynov bildirib ki, uşaq doğulduğunda cinsiyyət orqanında ciddi deformasiya olub.

Belə ki, uşağın xayaları yerində olmayıb: "Xayaları yerində olmadığı üçün Mərkəzi Klinikanın uşaq endokrinoloqu Ülkər Seyidova tərəfindən cinsiyyəti təyin etmək üçün xromosom və digər analizlər istənildi. Analizlərin cavabı isə hər kəsi sevindirdi. XY, yəni xromosom analizinə görə baxdıq ki, uşaq oğlandır və ciddi endokrinoloji problemi yoxdur”. F.Hüseynov deyib ki, uşağa hipospadiyanın (Peyğəmbər, anadangəlmə yarım sünnətli) ən ağır formalarından biri olan perineal tip hipospadiya diaqnozu qoyulub: "Yəni sidik kanalının xarici dəliyi cinsiyyət orqanının ucuna deyil, xayaların ortasına açılırdı, cinsiyyət orqanının ölçüsü olduqca kiçik idi və aşağıya doğru əyilmişdi.

İlk öncə cinsiyyət orqanının ölçüsünü böyütmək üçün hormon müalicəsi aldı. 1 yaşında ilk etap əməliyyatını uğurla bitirdi. İlk etapda xayanı qasıq kanalından xayalığa normal yerinə endirdik, cinsiyyət orqanındakı əyriliyi düzəltdik və sünnət dərisinin içərisindən sidik kanalındakı deffekti bərpa etmək üçün material köçürdük. Hazırda evlərindədir, 2-ci seans əməliyyatını gözləyir”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 824 01.02.18 13:52