Sumqayıtda 13 yaşlı qızı ərə verdilər, 14 yaşlını isə... - DƏHŞƏTLİ FAKTLAR » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Bu ölkədə şahmat qadağan edildi  |     22:50 Temperatur 4-6 dərəcə aşağı enəcək – XƏBƏRDARLIQ  |     22:45 1 manat 18 qəpiyə gələn meyvə bizə 5 manata satılır  |     22:38 Yaponlar indi də çamurdan ət hazırlayacaq  |     22:29 Dünyada bu ilin ən populyar avtomobili AÇIQLANDI  |     22:24 Azərbaycanda bu siqaretlər bahalaşır - MƏBLƏĞ  |     22:18 Nadir brilyant hərraca çıxarılacaq  |     22:13 Əcnəbilər ƏDV-ni geri ala bilərlərmi?  |     22:05 Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır  |     22:00 Liftlərdə güzgü niyə olur? - Cavab düşündüyünüz qədər sadə deyil!  |     21:54 Qeyri-adi təbiət hadisəsi: Bostona yağan qırmızı qarın arxasındakı qaranlıq həqiqət  |     21:45 PFL prezidentinin əməliyyatı təxirə salınıb, bərpa prosesi davam etdiriləcək  |     21:40 MN-in milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisi əmlakları ilə bağlı şikayət etdi  |     21:32 Yasamalda qəbirlər başqalarının dəfni üçün təklif edilir? - VİDEO  |     21:26 Dahilər daha çox hansı ailələrdə böyüyür? - Alimlərdən təəccübləndirən araşdırma  |     21:19 9,3 milyon mənimsəmədə ittiham olunan polkovnik-leytenant əmlaklarını geri istəyir  |     21:14 Ən bahalı 10 azərbaycanlı futbolçu (SİYAHI)  |     21:05 Çindən Azərbaycana idxal edilən kürülər bazarda neçəyə satılır? - VİDEO  |     20:59 Gəncədə avtomobilin vurduğu piyada xəstəxanada ölüb  |     20:51 Türkiyə Superliqası klubu baş məşqçisi ilə yolları ayırıb  |    

Sumqayıtda 13 yaşlı qızı ərə verdilər, 14 yaşlını isə... - DƏHŞƏTLİ FAKTLAR

"Erkən nikahların sayı artmaqdadır. Hətta iri şəhərlərdə belə orta məktəblərin yuxarı siniflərində nişanlı qızların və məktəbdən yayınan qızların sayı çoxalır”.

Median.Az
xəbər verir ki, bu sözləri xeberle.com-a açıqlamasında "Qadın təşəbbüsü və sosial problemlərin həllinə yardım” İctimai Birliyinin sədri Zenfira Mustafayeva deyib. O, Sumqayıtda azyaşlı qızların ərə verilməsindən danışıb və bu halların Sumqayıtda da baş verdiyini bildirib:

"Ata namusdan, qeyrətdən dəm vurub deyir ki, qızı nə qədər tez versəm, namussuzluq damğasından sığortalanmış olaram. Elə həmin namus etalonu sayılan ata, öz körpə balasını yad, yaşlı kişinin ixtiyarına verir ki, onunla necə istəyirsən davran. Rəsmi nikaha yaşı düşməyən qızcığazın başına min oyun gətirilir, gündə min dəfə öldürülüb-dirildilir və sonda körpə balaları ilə küçəyə atılır. Ata yaxın durmur ki, yüküm ağırlaşmasın. Günahı da atır yazıq qızcığazın üstünə ki, arvadlığı bacarmadı. Təhsil yox, ev yox , pənah aparır sığınacaqlara və ya da son həddə - intihara. 13 yaşlı Gülnar bizə pənah gətirib, onu xilas etməyimizi istəyir. Valideynləri ilə Sumqayıt şəhər İcra Hakimiyyətində (İH) söhbət aparılır, ərizə alınır, lakin ata qız mənimdir deyib, məcburi ərə verir. Onu xilas edə bilmədik.

Digər qızımızda bu vəziyyət daha da acınacaqlıdır. Stereotiplərin tüğyan etdiyi Corat qəsəbəsinin məktəb direktoru valideynlərlə daim görüşüb söhbətlər etsə də, hətta, Ailə, Qadın, Uşaq Problemlər üzrə Dövlət Komitəsini də bu işə cəlb etsə də və valideynlərlə görüşlər təşkil etsə də bir irəliləyiş yoxdur.




14 yaşlı Elnarəni (ad şərtidir) ana özündən böyük oğlanla nişanlayır. Qız öz sirrini məktəbin müdriyyətinə və psixoloquna danışır.Təşkilatımıza müraciət edildi və biz Komitəyə və İcra Hakimiyyətinə xəbər verdik. İcra hakimiyyəti İH tez bir zamanda valideyinlə görüşüb söhbətlər apardı. Ana söz versə də, oğlan evinə qızı qaçırmağı tapşırdı, intihar həddində olan bu qızcığazın taleyi naməlum olaraq qalır. Ailəyə kənar şəxslərin müdaxiləsi qanunsuz olduğu üçün biz çarəsiz qaldıq."

Z. Mustafayeva onu da vurğulayıb ki, valideynlərin belə stereotiplərdən azad olunması üçün mütəmadi maarifləndirmə işləri aparılmalıdır:

"Bu sahədə məktəblər, QHT-lər, İcra hakimiyyəti, KİV və valideynlər birgə işləməlidir. Təşkilata məsləhət üçün müraciət edən valideynləri bədbəxt olmuş ailələr haqqında ətraflı məlumat verilir ki, bəlkə dərs alsınlar. Dərsdən yayınmalar haqqında məktəb direktorları ört-basdır etmək əvəzinə belə hallar haqqında icra strukturlarını vaxtında məlumatlandırmalıdırlar. Valideynlərlə söhbətlər aparılmalıdır. Bəlkə də belə valideynlərin cəzalanması üçün yollar axtarılmalıdır. Qızlarımız təhsil almalı, xoşbəxt olmalıdırlar”.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 924 29.01.18 16:46