Gömrükdə 138 min manatlıq siqaret ələ keçdi – VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:20 Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək  |     22:14 Salyanda avtomobil traktorla toquşub, xəsarət alan var  |     22:07 "Dərinsulu Günəşli" platformasından hasilat müvəqqəti dayandırılıb  |     22:00 Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olanların sayı açıqlanıb  |     21:48 Füzulidə 3 otaqlı ev yanıb  |     21:41 Ermənistanda delimitasiyaya etiraz edən şəxslər İrəvan-Sevan yolunu bağlayıb - VİDEO  |     21:35 Azərbaycan cüdoçusu Avropa çempionu olub  |     21:29 Buğdanın qiyməti niyə ucuzlaşır? (ŞƏRH)  |     21:22 Azərbaycanda bu məşhur zavod bağlanır  |     21:14 İstanbul terrorçusu 7 ömürlük və 1794 il həbs cəzası aldı  |     21:08 Talıb Talenin toyu olacaq (VİDEO)  |     20:49 Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb  |     20:42 Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var  |     20:39 MTK və sakinlər qarşı-qarşıya: Yeddi ildir kirayədə yaşamağa məcburuq - VİDEO  |     20:34 Etiraz aksiyasında iştirak edən erməni deputatlar saxlanılıb  |     20:25 Azərbaycanlı deputat ATƏT PA-nın Büro iclasında iştirak edəcək  |     20:17 Şənbə günü 32 dərəcə isti olacaq  |     20:06 Apellyasiya Arbitraj Tribunalı “Neftçi”nin şikayətini təmin etməyib  |     19:57 Yasamalda 16 yaşlı yaşlı qızı avtomobil vurub  |     19:47 Paşinyan: “Biz yaxın onilliklər ərzində Ermənistanın mövcudluğu məsələsini həll edirik”  |    

Gömrükdə 138 min manatlıq siqaret ələ keçdi – VİDEO

Tovuz Gömrük İdarəsinin əməkdaşları ölkə ərazisinə qeyri-qanuni yollarla gətirilən və Azərbaycan aksiz markası ilə markalanmayan külli miqdarda siqaretin və mobil telefonların realizə edilməsinin qarşısını alıblar.

Komitədən oxu.az-a verilən məlumata görə, ölkə vətəndaşı Məmmədov Məhəmməd Yasin oğlunun idarə etdiyi “HYUNDAI AF-47432A” markalı, 01AD046 dövlət nömrə nişanlı avtomobil Tovuz rayonu ərazisində saxlanılıb.

Həmin nəqliyyat vasitəsinə baxış zamanı avtomobilin yük yerində aksiz markası ilə markalanmayan cəmi 46 200 ədəd – “Marlboro Gold edge”, “Parliament Silver blue”, “Parliament Aqua blue”, “Parliament Carat” və “Sobranie Super Slims” adlı siqaretlər aşkar edilib.

Bundan başqa, avtomobildə qutu və aksesuarları ilə birlikdə doqquz ədəd “Samsung Galaxy J5 (6)” və altı ədəd “Samsung Galaxy J5 prime” markalı mobil telefonlar aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, “Marlboro Gold edge”, “Parliament Silver blue”, “Parliament Aqua blue”, “Parliament Carat” və “Sobranie Super Slims” adlı siqaretlərin orta qiyməti təxminən 3-4 manat təşkil edir. Aşkarlanan siqaretin dəyəri təxmini 138-184 min manat təşkil edir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 894 23.01.18 15:38