13:32 ABŞ-də təyyarə qəzaya uğradı, 3 nəfər öldü  |     13:22 Dönərin pulunu verməyən müştərini döydü, 1 200 manat ziyana düşdü  |     13:05 Qayınanasını döyən kürəkən məhkəmə zalında həbs edildi  |     13:04 Rusiyada əsgər hərbi hissədə xidmət yoldaşlarına atəş açdı: Ölənlər və yaralananlar var  |     13:03 Mikroavtobusda qardaşının keçmiş arvadını döyən qadına hökm oxundu  |     13:02 Kürdəmirdə uşaq bağçasında yanğın olub  |     13:01 Dünyanın ən bahalı avtomobil brendləri - SİYAHI  |     13:00 Hansı dərmanları qəbul edərkən qəhvə içmək olmaz? - Britaniyalı əczaçıdan XƏBƏRDARLIQ  |     12:58 Çörəyin ən bahalı və ən ucuz olduğu ölkələrin adı açıqlanıb: Azərbaycan hansı sıradadır?  |     12:57 Saatlıda 8-ci sinif şagirdi vəfat etdi  |     12:56 Park ərazisində qanunsuz tikinti aparılıb? - Sakinlərdən ŞİKAYƏT (Video)  |     12:49 Bəzi gizir və miçmanlar üçün həqiqi hərbi xidmət müddəti artırılır  |     12:42 Yaşayış binasının köhnə liftləri sökülüb, yeniləri isə quraşdırılmır - VİDEO  |     12:41 Sumqayıtda evdən oğurluq edən qadınlar ələ keçdilər  |     12:33 Sabah şimşək çaxacaq, dolu düşəcək  |     12:09 Sumqayıtda FACİƏ: başı daşa çırpıldı, yerindəcə keçindi  |     11:53 Yasamaldakı atışmaya görə iki nəfər TUTULDU  |     11:41 Rusiyada daha bir azərbaycanlı diaspor rəhbəri HƏBS OLUNDU  |     11:34 Suraxanı rayonunda avtomobil qaçıran şəxs saxlanılıb  |     11:25 2001-ci ildə dünyaya gələn qadının doğum faktı indi qeydə alınıb  |    

İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbaxı qəbul edib.

Median.Az
AZƏRTAC-a istinadən xəbər verir ki, söhbət zamanı qonağın Xankəndi şəhərində keçirilən III Azərbaycan Milli Şəhərsalma Forumunda iştirakının önəminə toxunulub.

Anaklaudia Rossbax forumun yüksək səviyyədə təşkil edildiyini deyərək, həmin tədbirdə şəhərsalma məsələləri ilə bağlı çox aktual müzakirələrin aparıldığını vurğulayıb.

Azərbaycan-"UN-Habitat" tərəfdaşlığı çərçivəsində ölkəmizdə indiyədək bir neçə milli şəhərsalma forumunun keçirildiyi məmnunluqla qeyd edilib.

Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan irimiqyaslı bərpa-yenidənqurma işlərinə toxunulub, işğaldan azad edilmiş ərazilərimizdə şəhər və kəndlərimizin inşasında yeni müasir şəhərsalma modelinin tətbiq olunduğu bildirilib.

Qonaq Azərbaycanın BMT-nin Məskunlaşma Proqramına könüllü maliyyə töhfələrinə və onun fəaliyyətini dəstəklədiyinə görə təşəkkürünü bildirib. O, COP29-un ölkəmizdə uğurla keçirildiyini vurğulayaraq, bu tədbirdə iqlim gündəliyi ilə urbanizasiya fəaliyyətinin bir araya gətirildiyini və bu xüsusda Azərbaycanın təşəbbüslərlə çıxış etdiyini məmnunluqla vurğulayıb.

Görüşdə 2026-cı ildə ölkəmizdə keçiriləcək Birləşmiş Millətlər Təşkilatının ən nüfuzlu tədbirlərindən biri - Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına hazırlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Digər mötəbər beynəlxalq tədbirlər kimi bunun da yüksək səviyyədə keçiriləcəyinə əminlik ifadə olunub.

Söhbət zamanı Azərbaycanla BMT-nin Məskunlaşma Proqramı arasında əməkdaşlığın perspektivləri müzakirə edilib.








скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            174 16.10.25 12:45