Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:07 İlham Əliyev panamalı həmkarına məktub göndərdi | 13:57 Azərbaycan Prezidenti Keniyanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib - Video | 13:56 "Qarabağ" 11 illik fasilədən sonra ardıcıl üç oyunda xal itirib | 13:49 Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi | 13:35 Gəncədə rüşvət almaqda ittiham olunan vergi müfəttişi həbs edildi - Təfərrüat (Yenilənib) | 13:34 Məşhur kriptobirjaya kiberhücum: Kim Çen Inın bacısından FTB-nin iddialarına reaksiya | 13:14 Gömrükdə mobil telefon əməliyyatı: Yüzlərlə cihaz ələ keçdi | 13:13 Sibel Canın sevgilisi həbsxanada İmamoğlunu gördü: Dava düşdü | 13:11 Sumqayıtda 18 yaşlı oğlan özündən böyük sevgilisini küçədə döydü | 13:10 “Stop” niyə “toxta” olmalıdır? Dilçi olmayanlar dilə müdaxilə etməsin – AÇIQLAMA | 13:08 Mingəçevirdə iki avtomobil toqquşdu: Xəsarət alan var | 13:07 Hesaba görə başlayan mübahisə qanla bitdi | 13:01 15 yaşlı qızı aldadıb təcavüz etdi, video çəkib hədələdi | 12:56 Rusiyadan Bakıya oğlunun toyuna milyon gətirən kişi saxlanıldı | 12:47 Azərbaycanda neçə ailə 5-dən çox uşaq böyüdür? – Rəsmi açıqlama | 12:45 Atasına "tez ol, ödə, düş" deyən taksi sürücüsünü YUMRUQLADI | 12:39 Müəllimlər üçün güzəştlər daimi olmalıdır – AÇIQLAMA | 12:17 Məşhur türkiyəli biznesmen vəfat etdi | 12:08 Bərdədə qadın evində ölü tapıldı | 11:59 Qurban Bayramov vəfat etdi |
Mojo.az Avto
Mojo.az Avto

Əməkdar artist dövlətin pulsuz təyin etdiyi dərmanı niyə 80 manata alır?

03.07.2025 22:50 741
Əməkdar artist dövlətin pulsuz təyin etdiyi dərmanı niyə 80 manata alır?
Əməkdar artist Rəhman Rəhmanov dövlətin ona pulsuz təyin etdiyi insulin iynəsini 80 manata alır.

Bu barədə Qaynarinfo-ya aktyorun özü deyib. Aktyor uzun illərdir şəkər xəstəliyindən əziyyət çəkdiyini vurğulayıb:

"Xəstə kimi bir aya mənə 4 iynə verirlər. İynə pulsuzdur, amma növbə olduğundan mən pulsuz dərmanlarımı ala bilmirəm. Ağrıyıram, məcbur olub iynəmi pulls alıram. Süni tıxac yaradılar. İndi dərmanımın vaxtıdır, almaq lazımdır, amma ayağım elə ağrıyır, evdən çıxa bilmirəm. Xəstələr üçün olan imtiyazlı aptekləri birləşdirmək kimə lazım idi?”

Rəhman Rəhmanov deyir ki, Biləcəri qəsəbəsində 15 saylı poliklinika nəzdində imtiyazlı apteki 9-cu mikrorayonda yerləşən başqa bir aptekə birləşdiriblər:

"Həmin aptekdən 2500 şəkər xəstəsi dərman alırdı. Onlardan biri də mənəm. Bizim apteki bağlayıblar. 2500 xəstənin dərmanlarını 9-cu mikrorayonda yerləşən apteklərin birinin tabeliyinə veriblər. Biz ora gedə bilmirik. Orada böyük növbə var, dayanmaq olmur. Mən xəstə adamam, orada ayaq üstə necə dayanım? Saatlarla növbədə dayanmalıyam, buna isə səhhətim yol vermir. Belə olan təqdirdə mən məcbur olub ayrı aptekdən pulla alıram həmin dərmanı. Pulsuz dərmana niyə pul verməliyəm? Mənim dərmanlarım qalır həmin aptekdə”.

Aktyor şəkər xəstələri üçün imtiyazlı apteklərin birləşdirilməsinin əleyhinə olduğunu diqqətə çatdırıb.

"Bir neçə apteki birləşdirmək doğru deyil. Gərək saat 6:00-da gedib növbə tutasan, xəstə o vaxt yuxudan necə qalxsın? Maşınla gedirsən, onu da saxlamağa yer yoxdur. Problemlər yaşayırıq. Bunun sonu necə olacaq? Bizə kömək olun", - deyə aktyor aidiyyatı qurumlardan kömək istəyib.

Son xəbərlər