Park edilən avtomobil zədələndikdə kim məsuliyyət daşıyır? » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Bu ölkədə şahmat qadağan edildi  |     22:50 Temperatur 4-6 dərəcə aşağı enəcək – XƏBƏRDARLIQ  |     22:45 1 manat 18 qəpiyə gələn meyvə bizə 5 manata satılır  |     22:38 Yaponlar indi də çamurdan ət hazırlayacaq  |     22:29 Dünyada bu ilin ən populyar avtomobili AÇIQLANDI  |     22:24 Azərbaycanda bu siqaretlər bahalaşır - MƏBLƏĞ  |     22:18 Nadir brilyant hərraca çıxarılacaq  |     22:13 Əcnəbilər ƏDV-ni geri ala bilərlərmi?  |     22:05 Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır  |     22:00 Liftlərdə güzgü niyə olur? - Cavab düşündüyünüz qədər sadə deyil!  |     21:54 Qeyri-adi təbiət hadisəsi: Bostona yağan qırmızı qarın arxasındakı qaranlıq həqiqət  |     21:45 PFL prezidentinin əməliyyatı təxirə salınıb, bərpa prosesi davam etdiriləcək  |     21:40 MN-in milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisi əmlakları ilə bağlı şikayət etdi  |     21:32 Yasamalda qəbirlər başqalarının dəfni üçün təklif edilir? - VİDEO  |     21:26 Dahilər daha çox hansı ailələrdə böyüyür? - Alimlərdən təəccübləndirən araşdırma  |     21:19 9,3 milyon mənimsəmədə ittiham olunan polkovnik-leytenant əmlaklarını geri istəyir  |     21:14 Ən bahalı 10 azərbaycanlı futbolçu (SİYAHI)  |     21:05 Çindən Azərbaycana idxal edilən kürülər bazarda neçəyə satılır? - VİDEO  |     20:59 Gəncədə avtomobilin vurduğu piyada xəstəxanada ölüb  |     20:51 Türkiyə Superliqası klubu baş məşqçisi ilə yolları ayırıb  |    

Park edilən avtomobil zədələndikdə kim məsuliyyət daşıyır?

Bakı şəhərində əhalinin sıx yerləşməsi avtomobil sayının çoxalmasına şərait yaradır. Nəticədə, tıxac, parklanma kimi məsələlər ortaya çıxır. Parklanma əraziləri şəhərin müxtəlif ərazi və prospektlərində yerləşir. Sürücülər maşınlarını həmin ərazilərdə park edən zaman bəzən müəyyən problemlər ilə qarşılaşırlar. Avtomobillərin müəyyən yerlərdən vurulması, cızılması, əzilməsi və digər məsələlər zamanı məsuliyyətin kimin üzərində olması maraqlı mövzulardandır.

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, qanunvericilikdə, bu məsələ ilə bağlı heç bir məsuliyyət nəzərdə tutulmayıb.

“Əgər hər hansısa avtomobilə digər avtomobil tərəfindən ziyan dəyirsə, həmin zərərin xərcini qarşı tərəf mütləq ödəməlidir. Lakin təbii fəlakət, ağac aşması, daş düşməsi kimi hallarda sürücü mülki iddia qaldıra bilər” - deyə o bildirib.

Ekspertin sözlərinə görə, həmin hadisələr zamanı Yaşıllaşdırma idarəsinə, yolda çalaların vurduğu ziyana qarşı Yol idarəsinə qarşı iddialar qaldıra bilər. Amma parklanma yerlərində hələ ki, qanunla hansısa məsuliyyət nəzərdə tutulmayıb.

Elməddin Muradlı söyləyib ki, bu qaydalar yerüstü parklanmalar üçün nəzərdə tutulmayıb. Lakin, yeraltı parklanma məkanlarda bu bir az fərqlidir. Orada təhlükəsizlik, mühafizə kimi məsələlər ön planda dayanır.(modern.az)скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            177 09.05.25 23:04