Mojo.az Banner
12:08 DTX tərəfindən saxlanılan sabiq icra başçısının cinayət əməllərinin GÖRÜNTÜLƏRİ (Video)  |     12:05 Uşaqların "ChatGPT"dən istifadə etməsinin hansı təhlükələri var? (Video)  |     11:54 Dünyada elektromobillərə tələbatın artdığı bir vaxtda Azərbaycanda niyə azalıb? (Video)  |     11:53 Kürdəmirdə canavarların daha bir kəndə hücumu baş verib  |     11:49 Azərbaycanda broyler yumurtaları BAHALAŞDI (Video)  |     11:45 İsveçrə Rusiya ilə müharibəyə hazırlaşır  |     11:36 15 dekabr ilk dəfə Ümumdünya Türk Dilləri Günü kimi qeyd olunur  |     11:30 "İki ailəm var, maddi imkanlar çox məsələni həll edir" - "Şərurlu İsfəndiyar"dan QALMAQALLI etiraflar (Video)  |     11:22 "Lake Hotel"in dörd işçisinin ölümündə təqsirləndirilən icarədarın həbs müddəti uzadıldı  |     11:18 Bu gün Coratda qaz olmayacaq  |     23:01 Suriyada amerikalı hərbçilər və tərcüməçi öldürülüb, yaralılar var  |     22:55 Qazaxda iki avtomobil toqquşub, xəsarət alanlar var  |     22:45 Astarada gəlin qayınanası və baldızını qaynar çayla yandırdı  |     22:28 Fransa “Uşaq Avroviziyası 2025” mahnı müsabiqəsinin qalibi olub - VİDEO  |     22:19 Masazırın illərdir yararsız vəziyyətdə olan yolları: Problem niyə həllini tapmır?  |     22:10 Erməni spiker iştirakçımıza uğurlar arzuladı - VİDEO  |     21:57 “Uşaq Avroviziyası 2025” müsabiqəsinin finalı başlayıb  |     21:36 Xəzər dənizində zəlzələ baş verib  |     21:25 Tahir İmanov 26 minlik plaşı ilə gündəmə gələn icra başçısını parodiya etdi - VİDEO  |     21:13 Yanğında anasını itirən Ləman palataya köçürüldü  |    
Left Banner
Right Banner

Yenə ağaclara qənim kəsildilər - Təbiətə 108 mindən çox ziyan vurdular

30.04.2025 19:30 360
Yenə ağaclara qənim kəsildilər - Təbiətə 108 mindən çox ziyan vurdular
Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində ölkənin 3 rayonu və 2 şəhərində qanunsuz ağackəsmə faktı ilə bağlı araşdırma aparılıb.

Araşdırma zamanı bir neçə rayonda ağacların qanunsuz kəsildiyi məlum olub.

Qusar rayonu Gilahoba kəndində, Astara rayonu Kijəbə qəsəbəsində, Lerik rayonu Davradibi kəndində, Gəncə şəhəri Gəncə-Şəmkir yolunun sağ tərəfində, Mingəçevir şəhərində yerləşən Göygöl Milli Parkının idarəetməsində olan Varvara Ovçuluq Təsərrüfatının ikinci mühafizə ərazisinin "Karyer” deyilən sahəsində meşə fonduna daxil olmayan 264 ədəd ağac və kolun qanunsuz kəsilməsi nəticəsində təbiətə 108 min manatdan çox ziyan vurulması müəyyən edilib.

Qeyd olunan faktlarla bağlı Cinayət Məcəlləsinin 259.1 (ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda) və 259.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi) maddələri ilə cinayət işləri başlanaraq ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.скачать dle 11.3