Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:36 Bakı metrosunda hərəkətin tənzimlənməsi qurğusunda xəta baş verib, yubanmalar yaranıb | 19:23 Millətlər Liqası: 1/4 final mərhələsinin püşkü atılıb | 19:16 Alyona Əliyeva "Heydər Əliyev və Azərbaycan tarixi" X ümumrespublika bilik yarışından paylaşım edib | 18:58 DTX-dən əməliyyat: Həbs edilənlər var | 18:50 “Göstəricilərin süni artırıldığı aşkarlansa, həmin ay mediaya yardım dayandırılacaq” | 18:44 Şəmkirdə kişini cərəyan vurub öldürdü | 18:39 Gecədən etibarən bu yollarda hərəkət məhdudlaşdırılacaq | 18:35 Bakıda kişi siqaretə görə arvad-uşağını döydü | 18:32 3 məktəblini maşın vurub | 18:20 Gömrük nəzarətindən gizli gətirilən brend mallar aşkarlanıb | 18:17 Koroğlu metrosunda özünü bıçaqlayan gəncin cinayət işi: 4 aylıq həbs qərarı | 18:10 Ev alıb-satanda makler tələsinə düşməyin! – AÇIQLAMA | 18:06 Badamdar sakinlərinə XƏBƏRDARLIQ - Evlərini tərk etmək tövsiyə olundu | 18:04 Bakıda bağban sərxoş vəziyyətdə sürücünü bıçaqlayıb | 18:01 Evə başqa qadını gətirən atasını döyərək qabırğalarını sındırdı | 18:00 "Nvidia" investorları aldatmaqda və Çinə çip ötürməkdə şübhəli bilinir | 17:57 Hərbi qulluqçulara cərimə tətbiqi absurddur – AÇIQLAMA | 17:54 Bakıda söküntülər başlayır: həyət evləri və torpaq bahalaşacaq | 17:49 Bakıda dövlət qurumlarının iş vaxtı dəyişdi: İkiaylıq sınaq tıxacı azaltdımı? | 17:47 Bu ermənilərin pasportlarında doğum yeri “Azərbaycan” yazılacaq |
Mojo.az Avto
Mojo.az Avto

Gözümüzün altı niyə qaralır? - Nə etməli?

28.04.2025 22:45 2 604
Gözümüzün altı niyə qaralır? - Nə etməli?
Göz altında qaralar yuxusuzluqdan genetik faktorlara qədər bir çox səbəbə görə yarana bilər.

Median.Az xəbər verir ki, üzdəki yorğunluq və stressin ən bariz əlaməti halına gələn göz altındakı qaralar həm estetik narahatlıq yaradır, həm də bəzi əsas sağlamlıq problemlərinin əlaməti ola bilər.

Səbəbləri

Genetik faktorlar: Göz altındakı qaraların səbəblərindən biri genetik faktordur.
Yuxusuzluq və yorğunluq: Kifayət qədər yuxu almamaq qan dövranına mənfi təsir edərək göz ətrafında qara dairələrin əmələ gəlməsinə səbəb olur.
Allergiyalar: Allergik reaksiyalar göz ətrafındakı damarların genişlənməsinə və rənginin dəyişməsinə səbəb olur.

Yaşlanma: Dəri nazikləşdikcə damarlar daha çox görünür və qançırlar daha qabarıq görünür.
Dəmir çatışmazlığı və qan azlığı: Kifayət qədər oksigen daşıya bilməyən toxumalar göz altında qara görünüşlərə səbəb ola bilər.

Göz altındakı qaralara qarşı nə etmək olar?

Yetərli yuxu: Hər gün 7-8 saat keyfiyyətli yuxu qaraları azaltmaqda təsirli olur.

Soyuq kompres: Göz ətrafına tətbiq olunan soyuq kompreslər damarları daralda və görünüşünü yüngülləşdirə bilər.

Qidalanma dəstəyi: Dəmir, B12 və C vitamini ilə zəngin bir pəhriz tətbiq edilməlidir.
Göz kremləri: Tərkibində retinol, C vitamini və kofein olan məhsullar müntəzəm istifadə edildikdə müsbət nəticə verə bilər.

Tibbi üsullar: Dermatoloqlar tərəfindən tətbiq olunan işıq dolgusu, lazer və PRP kimi üsullar qalıcı qara dairələr üçün qiymətləndirilə bilər.
Həkimə nə vaxt müraciət etməli?

Göz altındakı qara dairələr birdən ortaya çıxarsa, şişkinlik və ya ağrı varsa, digər sağlamlıq problemləri ilə birlikdə görünürsə, bir mütəxəssisə müraciət etmək vacibdir. Çünki bu, allergiya, hormonal pozğunluqların və ya qan dövranı sisteminin xəstəliklərinin əlaməti ola bilər. ( Medicina.az)

Son xəbərlər