Mojo.az Banner
23:01 Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər - Video  |     22:55 Qatarla Azərbaycana gələn və gedən əcnəbilərin sayı açıqlandı  |     22:47 ChatGPT-nin yazdığı mətnlərə görünməz işarələr əlavə edilir  |     22:39 Şəkər xəstəliyi ən çox bu yaşda və bu səbəblə yaranır - XƏBƏRDARLIQ  |     22:34 Qaradağda saxlanılan daha bir məmura HÖKM OXUNDU  |     22:26 "Formula 1" yaxından izləmək üçün hasardan tullandı - Həbs edildi  |     22:21 Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan açıqlama  |     22:13 Naxçıvanda bu qurumun səlahiyyətləri ləğv edildi  |     22:08 Hər 5 aptekdən birində nöqsanlar tapıldı  |     22:02 Bu ölkə "Avroviziya"dan imtina etdi  |     21:54 Uşağı telefona yaxından baxan, gözlərini qıyan, başı ağrıyan valideynlərin nəzərinə  |     21:46 Qazaxda toyda başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - Video  |     21:41 Azərbaycanda un məhsulları bahalaşacaq? - Video  |     21:33 Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama  |     21:28 Azərbaycanın millisindən böyükhesablı qələbə  |     21:20 Bu məktəbin direktoru vəfat etdi  |     21:15 Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi - Foto  |     21:06 Kənd yumurtası bahalaşdı  |     21:00 “İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO  |     20:53 Aygün Kazımova evindən video paylaşdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Ərdoğan Türkiyə sahillərində vurulan gəmilərlə bağlı XƏBƏRDARLIQ ETDİ

01.12.2025 21:40 921
Ərdoğan Türkiyə sahillərində vurulan gəmilərlə bağlı XƏBƏRDARLIQ ETDİ
"Rusiya ilə Ukrayna arasındakı müharibə Qara dənizdə naviqasiya təhlükəsizliyini təhdid edən bir nöqtəyə çatıb. Cümə günü iqtisadi zonamızda ticarət gəmilərinin hədəfə alınması narahatedici bir eskalasiya siqnalıdır".

Median.Az
"Haber Global"a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hökumətin iclasından sonrakı çıxışında bildirib.

"Öz iqtisadi zonamızda naviqasiyanı, həyatı və ətraf mühiti təhdid edən bu hücumlara heç bir şəkildə bəraət qazandıra bilmərik. Bu cür vəziyyətlərlə bağlı bütün tərəflərə lazımi xəbərdarlıqları edirik. Həmçinin müharibəyə son qoymaq məqsədi daşıyan son addımları yaxından izləyirik və hər fürsətdə lazımi töhfələri verməyə hazır olduğumuzu bildiririk", - deyə Ərdoğan qeyd edib.

Ölkə başçısı vurğulayıb ki, hazırda hökumət terrorsuz Türkiyə təşəbbüsü ilə iqtisadi inkişafa, sülhə və qardaşlığa ən böyük maneələrdən birini aradan qaldırmağa çalışır.

Ərdoğanın sözlərinə görə, hazırda Ankaranın qarşısında Avropa İttifaqına tamhüquqlu üzvlük prioritet olaraq qalır.скачать dle 11.3
Mojo.az Banner