Mojo.az — elanlar
Son Xəbərlər
20:37 Bu şəxslər pensiyaya daha tez çıxa bilər  |     20:30 Dünyada ilk - Marsın peykindən Yerə torpaq gətirilir  |     20:22 Qonaqlara iylənmiş ət verən "Çıraq Palace"da yoxlama - Nöqsanlar üzə çıxdı (VİDEO)  |     20:16 Bəzi ərazilərdə su kəsiləcək  |     20:13 Səfərbərlik Xidmətinin iki sabiq şöbə rəisi həbs olundu  |     19:39 Sabah iki rayonda qaz olmayacaq  |     19:34 Bakıda yeni mikrorayon salına bilər: Necə adlanacaq?  |     19:29 Leyla Əliyeva Türkmənistan səfərindən paylaşım edib - Video  |     19:19 Prezident Azərbaycan və BMT İqlim Katibliyi arasında memorandumu təsdiqləyib  |     18:48 Repçi Navai Rusiyada cəzalandırılacaqmı? - Vəkildən açıqlama  |     18:33 Bakıda üç marşrut üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilir  |     18:03 Məktəbdə şagirdlər arasında dava düşdü, biri xəstəxanalıq oldu  |     18:01 Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq  |     17:16 Xidmət yerini özbaşına tərk edən hərbçilər üçün yeni cəzalar müəyyənləşir  |     16:12 Ölkədə leysan olacaq, dolu düşəcək, qar yağacaq - Xəbərdarlıq  |     16:10 Xarici vətəndaşlara uzunmüddətli yaşamaq icazəsi veriləcək  |     16:06 Zəngəzurda Azərbaycan əsgərinin ermənilər tərəfindən saxlanılma anı - Video  |     14:26 Azərbaycanda vəzifəli şəxs qəfil vəfat etdi  |     14:18 Ərinin qətlini sifariş edən Əzizə Seyidova barədə qərar verildi  |     13:58 Təbii kürü adı ilə plastik məhsul satılır? – Bu səhvləri etməyin — Əlamətlər  |    
Mojo.az Avto
Mojo.az Avto

Heç kimin almadığı ən yaxşı 10 avtomobil - SİYAHI

01.12.2025 22:31 831
Heç kimin almadığı ən yaxşı 10 avtomobil - SİYAHI
Avtomobil bazarında həmişə güclü rəqabət hökm sürüb. Çin istehsalçılarının meydana çıxması ilə isə seçim daha da genişlənib. Bu isə elə bir vəziyyət yaradıb ki, hətta məşhur brendlərin çox yaxşı modelləri belə tələb olunan marağı görmür.
Valyuta.az xəbər verir ki,  “Topspeed” portalı açıq mənbələrdə mövcud olan satış məlumatlarını təhlil edərək, əslində alıcıların diqqətindən əsassız şəkildə kənarda qalan ən az satılan 10 avtomobilin siyahısını tərtib edib. Siyahı belədir:
"Mini Hard-Top 2-Door":  Bazarda kompakt şəhər avtomobillərinə tələbat olsa da, bu model öz alıcısını tapa bilməyib. Maşın əsasən darlığı və qeyri-praktikliyi səbəbindən tənqid olunur.
"Jeep Compass": Kompakt krossover seqmentində rəqabət çox böyükdür və müştərinin ehtiyacından asılı olaraq model üçün həmişə daha yaxşı alternativ tapmaq mümkündür.
"Mercedes-Benz SL":  “Mercedes”in model xəttində uzunömürlü modellərdən biridir. Lakin bu avtomobil, eləcə də brendin digər məhsulları bir problemə görə əziyyət çəkir – olduqca yüksək qiymət.
"Nissan Versa Sedan": Ən əsas texnologiyaları təklif edən yaxşı büdcə avtomobilidir. Amma bəzən bazis komplektasiya hamının ehtiyacına cavab vermir. Xüsusən də bir qədər əlavə ödəniş etməklə daha təkmil model əldə etmək mümkün olduğu halda.
"Ford Mustang": Son illərdə “Ford Mustang” satışlarında tənəzzül müşahidə olunur. Əsas səbəb qiymətdir.
"Volvo XC90": BMW və “Lexus” kimi rəqiblərin geniş reklam fonunda diqqətdən kənarda qalan premium seqmentin gizli incisi.
"Audi A6": Bu modelin əsas problemi bazarda ümumilikdə lüks sedanlara marağın azalmasıdır.
"Audi A4": Son illər modelin populyarlığının zəifləməsi etibarlılıqla bağlı problemlər və digər çətinliklərlə əlaqələndirilir. Bundan başqa, BMW və “Mercedes-Benz” kimi alman istehsalçılarının daimi uğuru da öz təsirini göstərib.
"Maserati Grecale": Şirkətin SUV bazarına çıxmaq cəhdi, görünür, bir qədər gecikmiş addımdır. Bu “pasta” çoxdan bölünüb və “Maserati” üçün artıq yer qalmayıb.
"Jaguar F-PACE": Bu avtomobildə, əslində, hər şey qaydasındadır. Alıcıların nədən onu bəyənmədiyi isə hələ də sirr olaraq qalır.

Son xəbərlər