Mojo.az Banner
17:31 Qaradağda ər arvadını döydü  |     17:22 Qızdırılan tütün məmulatı elektron siqaret hesab edilməyəcək  |     17:19 Korrupsiya ilə bağlı 36 tibb işçisi məsuliyyətə cəlb edilib  |     17:14 Kərim harda dəfn olunacaq? (AÇIQLAMA)  |     17:09 Azərbaycanda azarkeşlər meydana daxil olaraq FUTBOLÇULARI DÖYDÜLƏR  |     17:00 Bu tələbələrə əlavə 200 manat TƏQAÜD VERİLİR  |     16:48 Qan banklarının siyahısında dəyişiklik edilib  |     16:42 Meyxanaçı Kərim vəfat etdi  |     16:21 "Arsenal"ın hücumçusu zədəsini sağalda bilmir  |     16:21 Türkiyədə tanınmış şəxslərə qarşı narkotik əməliyyatı: Məşhur aktrisa Ezgi Eyüboğlu saxlanıldı  |     15:58 Cəriməsi 82 manatdır deyib YPX-dan qaçdı, 200 manat cərimə edildi  |     15:50 Bakıda onlayn qumar oynayan stamatoloq saxlanılıb  |     15:49 Dövlət Komitəsi gələn ilin tədbirləri üçün 4,5 milyon manat ayırdı  |     15:45 Karen Avanesyanın məhkəməsində şahid ifadələri dinlənilib  |     15:22 Arayik Arutyunyan: "Kəlbəcərdəki tunel və Bəylik bağı hadisələri hərbi cinayətlərdir"  |     15:21 Rayon və kəndlərdə tibb bacılarının evlərdə fəaliyyətinə icazə verilmir  |     15:20 Azərbaycanın neft məhsulları Ermənistana ÇATDI  |     15:19 Yarım milyonluq dələduzluqda ittiham olunan şirkət rəhbərinin məhkəməsi başlayıb  |     14:58 Beyləqanda dörd yaşlı uşaq kanalizasiya quyusuna düşərək ölüb  |     14:49 Şahin Bağırov idarə rəisini İŞDƏN ÇIXARDI  |    
Left Banner
Right Banner

Ustaların pulunu oğurladı - Həbs edildi

28.04.2025 22:14 672
Ustaların pulunu oğurladı - Həbs edildi
Bakıda "ev sahibinin qohumuyan" deyib ustaların pulunu oğurlayan şəxs həbs edilib. 

Qaynarinfo-nun məlumatına görə, hadisə Nizami rayonu, M.Abbasov küçəsində yerləşən yeni tikilən binanın 7-ci mərtəbəsində baş verib. 

1971-ci il təvəllüdlü Z.R. oğurluq etmək niyyəti ilə sözügedən binanın blokuna daxil olub, 7-ci mərtəbəyə qalxıb və təmir gedən evin qapısının qarşısında dayanıb. Qapı açıq olduğu üçün evdə iki ustanın işlədiyini görüb. O, ustalara ev sahibinin qohumu olduğunu və təmirə nəzarət etməyə gəldiyini deyib. 

Təqsirləndirilən şəxs daha sonra Ramiz və Orxan adlı ustanın otaqda taxtaların üstündəki mismardan asılmış şalvarların cibindən 1150 manat pulu oğurlayaraq evi tərk edib.  Edilən şikayət əsasında Z.R. saxlanılıb. Məlum olub ki, o, oğurladığı pula özünə paltar alıb və qalan vəsaitlə restoranda yeyib-içib.

Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxsə 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. скачать dle 11.3