Mojo.az Banner
20:49 2129 hektar ərazi minalardan təmizlənib  |     20:44 Bakıda avtomobil qadını vuraraq öldürdü  |     20:36 Ukrayna sərhədçiləri hantavirusdan ölüblər  |     20:31 Dünyada yeni pandemiya qorxusu: Hantavirusun koronavirusdan fərqi nədir?  |     20:23 Bu yay biletlər ucuzlaşacaq? - Bəzi aviaşirkətlər qiymətləri endirir  |     20:17 91 yaşlı kişi borcunu qaytarmayan qonşusunu məhkəməyə verdi  |     20:10 "Instagram"da investisiya adı ilə dələduzluq: 13 min alan şəxsə hökm oxundu - Video  |     20:05 Hərbi xidmətə çağırılan diplomatlar müavinət ala biləcək  |     19:56 Sabah 31 dərəcə isti olacaq  |     19:51 Çinin avtomobil bazarı çökür - Benzinlə işləyən avtomobillərə tələbat azalır  |     19:44 Buzların altında qalan 180 illik dram: Genetik möcüzə reallaşdı  |     19:38 Xalq artisti iddialara cavab verdi  |     19:30 Bu ərazilərdə maşın saxlamaq qadağan edilir - Video  |     19:25 Oğul 67 yaşlı anasının başını kəsdi - Cinayət işinin bəzi detalları  |     19:22 Göyçayda qadın qətlə yetirildi, əri saxlanıldı  |     19:02 Nəqliyyat vasitələrinin hərəkətinin növbəti monitorinqi aparılacaq  |     18:58 Qəbələnin bəzi əraziləri qazsız qalacaq  |     18:51 Tiktoker "Eliş"ə hökm oxundu  |     18:29 Nəsimi rayonunda SOYĞUNÇULUQ OLUB: Üç nəfər saxlanılıb  |     18:13 Rusiya vətəndaşlarına hökm oxundu  |    
Left Banner
Right Banner

Bako Saakyan Şuşanın işğalı əməliyyatında iştirak etdiyini təsdiqləyib

28.04.2025 20:10 1 200
Bako Saakyan Şuşanın işğalı əməliyyatında iştirak etdiyini təsdiqləyib
Aprelin 28-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Bako Saakyan Ermənistan silahlı qüvvələrinin Şuşa rayonunu işğal etməsi zamanı əməliyyatda iştirak etdiyini təsdiqləyib.

Bako Saakyan dövlət ittihamçılarının suallarını cavablandırarkən Vilen Mikaeliyanın rəhbərlik etdiyi dəstənin Şuşanın işğalında iştirak etdiyini, özünün də həmin dəstədə olduğunu bildirib və əlavə edib: "Bu, şərq istiqaməti idi. Mən bilirəm ki, həmin istiqamətin komandiri Arkadi Karapetyan idi".

Təqsirləndirilən şəxs həmin vaxt sərəncamında AKM markalı avtomat olduğunu, lakin heç kəsə atəş açmadığını bildirib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi mayın 1-də davam etdiriləcək.скачать dle 11.3
Mojo.az Banner