Mojo.az Banner
11:14 Göyçayda narkotiklərin satışı ilə məşğul olan şəxs saxlanıldı  |     23:14 “Çudo Peçka”nın sahibi 9 il sonra azadlığa çıxdı  |     23:01 "Qarabağ"ın U-19 komandasının rəqibi bəlli oldu  |     22:56 Roza prezidentlərin qarşısında çıxış etdi (VİDEO)  |     22:49 Dubay və Misirə səyahət etmək istədilər, dələduzluğun qurbanı oldular  |     22:43 Bu bölgədə alkoqollu içkiyə xərclənən vəsait kəskin artıb - Rayonlar üzrə siyahı  |     22:35 Azərbaycan və Çin Xəzərdə enerji layihələrini müzakirə etdi  |     22:30 267 nəfəri daşıyan gəmi 20 dəqiqəyə batdı: Faciədən sağ çıxanlar danışdı  |     22:24 Heydər Əliyev Mərkəzi Özbəkistan bayrağının rəngləri ilə işıqlandırılıdı  |     22:16 Trampdan XƏBƏRDARLIQ: "İrana ən böyük hücum hələ qarşıdadır"  |     22:04 Leyla Abdullayeva Paris merinə ETİRAZ MƏKTUBU ünvanladı  |     21:59 Bakıda 46 küçədə təmir işləri yekunlaşdı  |     21:33 Cem Yılmaz xəstəxandan evə buraxıldı  |     21:26 Sirkədən zəhərlənən şəxs xəstəxanada öldü  |     21:21 Kosmosa uçan ilk jurnalist vəfat etdi  |     21:14 3 uşaqlı ailələrə müavinət veriləcək? - Deputatdan AÇIQLAMA  |     21:08 Honda və Nissan əməkdaşlıq edəcək  |     21:00 Sabah universitetlərin boş qalan plan yerlərinə və kolleclərə ixtisas seçimi başa çatır  |     20:55 Bu bürclər seçim qarşısında qalacaq  |     20:49 Avropada ən çox satılan avtomobillər: Bu modelin satışları sürətlə artır  |    
Left Banner
Right Banner

"Instagram"da investisiya adı ilə dələduzluq: 13 min alan şəxsə hökm oxundu - Video

12.05.2026 20:10 402
"Instagram"da "medine.invest" adlı səhifə yaradaraq vətəndaşlara qarşı kiberdələduzluq edən şəxsə hökm oxunub.

Qaynarinfo-nun məlumatına görə, 1995-ci ildə Bakı şəhərində anadan olmuş Ceyhun Məmmədovun Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılıb.

Məlum olub ki, təqsirləndirilən şəxs 2024-cü ilin iyul-avqust aylarında "Instagram" sosial şəbəkəsində "medine.invest” adlı səhifə yaradıb və həmin səhifədə az məbləğdə pulla investisiya, yəni yatırım etməklə böyük məbləğdə qazanclar əldə olunacağı ilə bağlı yalan elanlar yerləşdirib.

2024-cü ilin noyabr ayının 30-da, axşam saatlarında səhifəyə tanımadığı bir şəxs mesaj yazaraq pul yatırımları ilə maraqlanıb. O, həmin şəxsə az məbləğdə pula yatırım etməklə böyük məbləğdə qazanclar əldə olunacağı barədə yalan vəd verib və onunla razılaşıb. Bu yolla Ceyhun Məmmədov İsmayıllı rayon sakini Fatma İsmayılzadənin 13.000 min manatını ələ keçirib. O, həmin pulu öz şəxsi istifadəsi üçün xərcləyib.

Təqsirləndirilən şəxs zərərçəkmişə vurduğu maddi ziyanın 2800 manatını cinayət işinin ibtidai istintaqı zamanı, 4500 manatını isə məhkəmə istintaqı zamanı ödədiyini deyib. Qalan hissəsini isə azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin olunacağı təqdirdə qısa zaman ərzində hissə-hissə ödəməyi öhdəsinə götürüb.

Məhkəmənin hökmü ilə Ceyhun Məmmədova Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib və 2 gün həbsdə saxlanıldığı müddət çıxılmaqla, 2 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. O, cəzasını elektron qolbaq taxmaqla Bakı şəhəri ərazisinə çəkəcək.скачать dle 11.3
Mojo.az Banner