Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Yerimə sürəti ömrün uzunluğundan xəbər verə bilər - Yeni araşdırma | 22:55 Hava limanında 20 min dollar tapan şəxslə bağlı qərar verildi | 22:50 Kirayə pulunu ödəmək üçün qapı oğurladı, 23 gün həbs edildi | 22:42 Payız yorğunluğundan xilas olmaq üçün 5 sadə məşq - Mütəxəssisdən tövsiyələr | 22:37 "Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi | 22:30 Xəbəri olmadan adına şirkət açıldı, 634 min manat vergi borcu yarandı (VİDEO) | 22:24 Üzü daha gənc göstərən saç kəsimləri | 22:15 Qazaxıstan və Ermənistan TRIPP-i müzakirə etdi | 22:10 Yaponiyada güclü zəlzələ oldu | 22:03 Bakıda istehlaka yararsız süd məhsulları aşkarlandı | 21:58 Sabah Bakıda yağış yağacaq | 21:50 "Arxa oturacaqda 7 yaşlı qıza əxlaqsızlıq edərkən gördüm ki..." - 67 yaşlı kişidən iyrənc hərəkət | 21:45 Maliyyə yoxlamaları nəticəsində 106,9 mln. manat vəsait bərpa edilib | 21:38 Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? - Hakimdən izah | 21:33 Ərdoğanın keçmiş müavini həbs edildi | 21:26 Ötən ay avtobusla 54 milyona yaxın sərnişin daşınıb | 21:21 Tikinti zamanı ayağı sınan fəhlə "Avrasiya" MTK-dan şikayətçidir - VİDEO | 21:13 Atasından pul oğurlayıb qumar oynayırmış - Məhkəmə bu qərarı verdi | 21:07 "Polis erməni dilində danışmağımı görüb..." - Azərbaycanlı bloger | 21:01 Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib |
Mojo.az Avto
Mojo.az Avto

"TikTok"da vətəndaşların pulunu ələ keçirən şəxs SAXLANILDI - VİDEO

17.06.2025 18:57 825
Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə sosial şəbəkələrdə investisiya və yatırım, eləcə də qanunsuz onlayn qumar-kazino oyunlarında qazanc əldə etmək adı altında dələduzluq edən 23 yaşlı Fərhad Süleymanov saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

O, "TikTok" sosial şəbəkəsində "Gazanc Tiktok", "Zahid.Əliyev114", "Yusif Mamedov" adlı səhifələr açaraq orada tanış olduğu şəxslərə kiçik məbləğlərdə pul vəsaitləri göndərdikləri təqdirdə yüksək məbləğdə qazanc əldə edəcəklərini, qanunsuz onlayn qumar-kazino oyunlarına investisiya yatıraraq maddi gəlir qazanacaqlarına dair yalan vədlər verib. F.Süleymanov bu kimi kiberdələduzluq üsulları ilə 20-yə yaxın vətəndaşı aldadaraq onların pul vəsaitini ələ keçirib.

Faktlarla bağlı araşdırma aparılır.

F.Süleymanovun qanunsuz əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.

Bir daha vətəndaşlara müraciət edirik ki, sosial şəbəkələrdə tanış olduqları naməlum şəxslərin saxta vədlərinə aldanmasınlar, investisiya və ya yatırım adı altında gələn şirnikləndirici təklifləri qəbul etməsinlər. Maddi vəsaitlərini tanımadıqları şəxslərə göndərməsinlər, şəxsi və bank kartı məlumatlarını heç bir halda qarşı tərəflə bölüşməsinlər.

Son xəbərlər