Təlimçi kimi xidmət göstərən fərdi sahibkar 75 faizlik güzəştdən yararlana bilərmi? » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Bu ölkədə şahmat qadağan edildi  |     22:50 Temperatur 4-6 dərəcə aşağı enəcək – XƏBƏRDARLIQ  |     22:45 1 manat 18 qəpiyə gələn meyvə bizə 5 manata satılır  |     22:38 Yaponlar indi də çamurdan ət hazırlayacaq  |     22:29 Dünyada bu ilin ən populyar avtomobili AÇIQLANDI  |     22:24 Azərbaycanda bu siqaretlər bahalaşır - MƏBLƏĞ  |     22:18 Nadir brilyant hərraca çıxarılacaq  |     22:13 Əcnəbilər ƏDV-ni geri ala bilərlərmi?  |     22:05 Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır  |     22:00 Liftlərdə güzgü niyə olur? - Cavab düşündüyünüz qədər sadə deyil!  |     21:54 Qeyri-adi təbiət hadisəsi: Bostona yağan qırmızı qarın arxasındakı qaranlıq həqiqət  |     21:45 PFL prezidentinin əməliyyatı təxirə salınıb, bərpa prosesi davam etdiriləcək  |     21:40 MN-in milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisi əmlakları ilə bağlı şikayət etdi  |     21:32 Yasamalda qəbirlər başqalarının dəfni üçün təklif edilir? - VİDEO  |     21:26 Dahilər daha çox hansı ailələrdə böyüyür? - Alimlərdən təəccübləndirən araşdırma  |     21:19 9,3 milyon mənimsəmədə ittiham olunan polkovnik-leytenant əmlaklarını geri istəyir  |     21:14 Ən bahalı 10 azərbaycanlı futbolçu (SİYAHI)  |     21:05 Çindən Azərbaycana idxal edilən kürülər bazarda neçəyə satılır? - VİDEO  |     20:59 Gəncədə avtomobilin vurduğu piyada xəstəxanada ölüb  |     20:51 Türkiyə Superliqası klubu baş məşqçisi ilə yolları ayırıb  |    

Təlimçi kimi xidmət göstərən fərdi sahibkar 75 faizlik güzəştdən yararlana bilərmi?

Mən təlimçi kimi hüquqi şəxslərə xidmət göstərirəm. Bilmək istərdim ki, bu fəaliyyət növü ilə məşğul olduğum zaman illik gəlirim 45.000 manatdan az olsa, gəlirlərimin 75 faizi gəlir vergisindən azad edilirmi?

Valyuta.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən əldə etdiyi məlumata görə, Vergi Məcəlləsinin 102.1.30-1-ci maddəsinə əsasən, bu maddədə qeyd olunan fəaliyyət növləri ilə məşğul olan və həmin fəaliyyət növlərindən təqvim ili üzrə əldə etdiyi gəlirlərin (xərclər nəzərə alınmadan) həcmi 45.000 manatadək olan fiziki şəxslərin həmin fəaliyyətdən əldə etdikləri gəlirlərinin 75 faizi gəlir vergisindən azaddır.

Bu fəaliyyət növlərinə elm, təhsil, mədəniyyət və idman sahəsində göstərilən xidmətlər aid edilir. Sorğuya əsasən bildiririk ki, təlim fəaliyyətiniz bu sahələrə aiddirsə, qeyd olunan güzəştdən istifadə edə bilərsiniz.

Əlavə olaraq bildirilib ki, nəzərdə tutulan fəaliyyət sahələrində muzdlu işçi kimi çalışan fiziki şəxsin əmək müqaviləsinə xitam verildiyi, həmin fəaliyyətlə fərdi sahibkar kimi məşğul olduğu və fərdi sahibkar kimi fəaliyyətə başladığı tarixdən 1 il müddətində eyni xidmətləri tam və ya qismən əvvəlki işəgötürənə göstərdiyi halda, həmin fərdi sahibkara bu Məcəllənin 102.1.30-1-ci maddəsində nəzərdə tutulan güzəşt şamil edilmir. Qeyd olunub ki, Vergi Məcəlləsinin 102.1.30-1-ci maddəsində nəzərdə tutulan fəaliyyət sahələri ilə məşğul olan fiziki şəxs eyni zamanda digər fəaliyyət sahəsi ilə də məşğul olduqda, həmin maddədə nəzərdə tutulan güzəşt hüququndan o halda istifadə edə bilər ki, bu Məcəllənin 102.1.30-1-ci maddəsində qeyd olunan fəaliyyət sahələrindən əldə edilən illik gəlirlərin illik ümumi gəlirlərdə xüsusi çəkisi 50 faizdən az olmasın.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            201 11.04.25 22:38