Mojo.az Banner
13:10 Benzin və dizelin qiymətinin artırılması illik inflyasiyaya nə qədər təsir edib?  |     13:01 Hisə verilmiş balıqların istehsalı sexində nöqsanlar aşkarlandı, sahibkar cəzalandırıldı  |     12:59 "TikTok"da insanları təhqir edənə işgəncə verən şəxslərə cəza istənildi  |     12:50 Bakıda tramvaylar 5 istiqamət üzrə hərəkət edəcəklər - ƏRAZİLƏR  |     12:46 Bakıda 64 yaşlı kişi boğulub öldü  |     12:45 Dövlət agentliyində yoxlama aparılmasına 180 min manat xərclənəcək  |     12:44 Bakıya qar yağacaq, yollar buz bağlayacaq  |     12:43 "Arsenal"ın oyunu təxirə salınacaq  |     12:27 Sumqayıtda sərnişinləri soyuqda 20 dəqiqə gözlədən sürücüyə xəbərdarlıq edildi  |     12:00 DİN-dən bazar günləri peyda olan "parkovşik"lərlə bağlı AÇIQLAMA  |     11:54 Sumqayıt Şəhər İcra Hakimiyyətinin iki vəzifəli şəxsi işini itirdi  |     11:48 Bakıda yanacaqdoldurma məntəqəsinin istismarı dayandırıldı  |     11:47 İtkin kimi axtarılan gənc tapılıb  |     11:17 Həbsdə olan Hüseyn Abdullayev vəkilinin verdiyi kassasiya şikayətini geri götürdü  |     23:02 Goranboyda "Gənclər Paytaxtı 2026"nın açılış mərasimi keçirilib  |     22:51 Mərkəzi Bank məlumat yaydı  |     22:41 Mərkəzi Bank məlumat yaydı  |     22:36 Bakıda 19 yaşlı tələbə itkin düşdü  |     22:27 Gəncədə avtomobil ağaca çırpıldı - Xəsarət alan var  |     22:09 Bakıya dəhşətli soyuqlar gəlir  |    
Left Banner
Right Banner

Qazaxıstanın baş naziri Bakıda Zəfər parkını ziyarət edib

03.03.2025 13:59 897
Qazaxıstanın baş naziri Bakıda Zəfər parkını ziyarət edib
Azərbaycan Respublikasında səfərdə olan Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenov martın 3-də Bakıda Zəfər parkını ziyarət edib.

Median.Az
AZƏRTAC-a istinadən xəbər verir ki, burada qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Qazaxıstanın baş naziri parkdakı Zəfər abidəsinin önünə əklil qoyub.

Sonra qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib. Bildirilib ki, ərazisi on hektara yaxın olan parkın girişində 44 günlük Vətən müharibəsinin rəmzi kimi hündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı 44 olan Zəfər tağı inşa edilib.

Xatırladaq ki, parkın açılışı 2024-cü il noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə olub.скачать dle 11.3