Mojo.az Banner
20:35 Ukrayna Xəzər dənizindəki Rusiya neft platformasına yenidən zərbə endirdi  |     20:27 Bakıda avtomobil yandı - Video  |     20:20 Sumqayıtda azyaşlı uşaq tapıldı - Valideynləri axtarılır+Foto  |     20:12 Vüqar Əhməd saxlanıldı - AÇIQLAMA  |     20:04 Sumqayıtda gənc qız qazdan boğuldu  |     19:59 Gəncə Hava Limanında ÖLÜM  |     19:55 XƏBƏRDARLIQ: Bu yollar buz bağlayacaq  |     19:48 Bu avtomobillər ucuzlaşa bilər?  |     19:42 Anadangəlmə xəstəliyi olan gəncin pensiyası niyə kəsilib?  |     19:36 Moskvada öldürülən Azərbaycan vətəndaşının qətlinin üstü açılıb  |     19:18 Yasamalda yanan binanın sakinlərinə TƏZMİNAT AYRILDI  |     19:08 Gültəkin Hacıbəyli Türkiyədən 5 illik deport olunur  |     18:50 Qadını gəlini və qardaşı yastıqla boğaraq öldürüblər - Biləsuvardakı qətlin TƏFƏRRÜATI  |     18:40 DİQQƏT: Çindən Azərbaycana gətirilmiş şüşə fincanlarda ağır metallar AŞKARLANDI  |     18:22 Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəli sexlərin fəaliyyətini dayandırıb  |     18:20 Yeni icra başçısı 23 illik müavini işdən çıxardı  |     18:09 Balakəndə ağır qəza - Ölən və yaralananlar var  |     17:43 Laçında istifadəyə verilməmiş tuneldə qəza törədən sürücü həbs edildi  |     17:35 Mərakeşdə daşqınlar nəticəsində ölənlərin sayı artıb  |     17:29 Xankəndidə terror törətməyə cəhd edən Karen Avanesyanın məhkəməsi keçirilir  |    
Left Banner
Right Banner

“Oranı görməmisənsə, sənə niyə diplom verək?”

07.02.2025 22:30 924
“Oranı görməmisənsə, sənə niyə diplom verək?”
Elm və təhsil naziri Emin Əmrullayev son günlər gündəmə gələn diplom problemindən danışıb. 

Belə ki, "Qafqazinfo"da məsələ ilə bağlı hələ ötən ay yayımlanan şikayətdə Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialının tələbələri 2 ildir diplomsuz, işsiz qaldıqlarını bildirmişdi. Bundan başqa, bir neçə gün əvvəl Türkiyədə təhsil almış, lakin diplomunu ölkəmizdə tanıda bilməyən bir neçə məzun da bizə müraciət etmişdi.

Ötəngünkü brifinqdə nazirə məzunlara diplomların verilməməsi məsələsi ilə bağlı sual ünvanlanıb. Nazir isə cavabında məsələyə belə aydınlıq gətirib: "Bizim işimiz ədalətliliyi təmin etməkdir. Yəni burada hansısa uşaq 550 bal toplayıb, özü də, valideyni də əziyyət çəkib, 4 il də oxuyub. Biz ona da diplom verək...
Bal toplamayıb xaricdə, orada, burada təhsil alıb diplom əldə edib kağızla üstümüzə gəlir ki, "mənim də diplomum var, onu tanıyın". Bunun giriş hissəsi doğru, ədalətli olmalıdır. Bizim işimiz ədaləti təmin etməkdir, nəinki hamıya diplom paylamaq. Bir insan xaricdə təhsil alıbsa, heç olmasa, o ölkədə olmalıdır. Sən əgər oxuduğun yeri görməmisənsə, biz axı sənə niyə diplom verək? Əgər bizimlə razı deyilsənsə, məhkəməyə ver. Məhkəmə qərar versin ki, bəlkə biz səhv deyirik?! Biz bundan qorxmuruq. Məhkəmə qərarı olsa, biz həmin adamın diplomunu verə bilərik".  

Xatırladaq ki, ilk şikayətlə bağlı UNEC sorğumuza cavab olaraq bildirmişdi ki, Dərbənd filialının məzunlarına diplom blanklarının təqdim edilməsi ilə bağlı Elm və Təhsil Nazirliyinə universitet tərəfindən rəsmi məktub ünvanlanıb. Məsələnin həlli istiqamətində nazirliklə mütəmadi olaraq əlaqə saxlanılır və qısa müddət ərzində diplom blanklarının universitetə təqdim olunacağı bildirilib.

Türkiyə universitetləri ilə əlaqadar Təhsildə Keyfiyyət Təminatı Agentliyindən (TKTA) aldığımız sorğuda isə məsələyə belə şərh verilmişdi: "Bu forma üzrə tədrisin təşkilinin Azərbaycan təhsil qanunvericiliyinə əsasən təhsilin təşkili prosesinin zəruri tələblərinə uyğun olmadığı üçün ənənəvi təlim metodlarına əsaslanan formal təhsil hesab oluna bilməz".скачать dle 11.3