Mojo.az Banner
23:01 Bəzi ərazilərdə su olmayacaq  |     22:56 Şuşada minaya düşən şəxsin son vəziyyəti  |     22:48 Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər - SİYAHI  |     22:42 Türkiyədə yüzlərlə sayta GİRİŞ BLOKLANDI - SƏBƏB  |     22:34 Heyvan dişləyibsə, vaxt itirməyin: Həkimdən quduzluqla bağlı VACİB ÇAĞIRIŞ  |     22:29 Sərnişinə "Rədd olun, keçin arxaya" deyən sürücü işdən çıxarıldı  |     22:24 Dörd xarici dil, iki ali təhsil, Harvard təcrübəsi: Yeni icra başçısının DOSYESİ  |     22:18 "TikTok"da canlı yayım ona baha başa gəldi: Zakir Musayev saxlanıldı  |     22:10 Prezidentin yüksək vəzifə verdiyi Məmmədiyə Məmmədovun DOSYESİ  |     22:05 Bakıda gecə saat 4-də diskoteka: Sakinlər NARAZIDIRLAR - VİDEO  |     21:57 Gədəbəy rayonuna yeni icra başçısı təyin olundu  |     21:52 Qaradağ rayonuna yeni icra başçısı təyin edildi  |     21:45 75 min manatlıq dələduzluğa görə 4 500 manat cərimə  |     21:39 Aropada Qərbi Nil virusu yayılır: 1569 yoluxma qeydə alındı  |     21:33 "Planet Kids"də işə düzəltmək adı ilə pul aldı - Məhkəmə qərar verdi  |     21:25 Azərbaycan millisi 0:16 hesabı ilə uduzdu  |     21:20 112 min manatlıq qanunsuz qumar əməliyyatı (TƏFƏRRÜAT)  |     21:12 Türkiyədə qəzada ölən Azərbaycan vətəndaşının cənazəsi morqda qalıb  |     21:07 2 manatlıq cinayət işinə məhkəmədə baxıldı - Qərar verildi  |     21:00 Gündə cəmi 10 dəqiqə: Alimlər beyni qoruyan sadə vərdişi açıqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəli sexlərin fəaliyyətini dayandırıb

15.12.2025 18:22 366
Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəli sexlərin fəaliyyətini dayandırıb
Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi, 63A ünvanında yerləşən Ülvi Çingiz oğlu Məmmədov və İlkin Əlipənah oğlu Əlişzadəyə məxsus avtomobil təmiri sexlərində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çox sayda nöqsanın mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Median.Az
xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki:

- obyektlərdə ilkin yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb, mövcud olan qurğu isə nasazdır;

- obyektlərin elektrik təsərrüfatı "Elektrik Qurğularının Quraşdırılması Qaydaları"nın tələblərinə uyğun quraşdırılmayıb;

- elektrik təsərrüfatına profilaktik baxış keçirilməyib və müvafiq akt tərtib edilməyib;

- obyektlər odsöndürən balonlarla tam təmin olunmayıb və mövcud odsöndürən balonlara texniki qulluq göstərilməyib;

- obyektlərdə tezalışan sürtgü yağlarının saxlanması və istifadəsi həyata keçirilir;

- ⁠obyektlərdə layihə dəyişiklikləri ilə əlaqədar sənədlər təqdim edilməyib;

- ⁠sahibkar fəaliyyətini tikinti norma və qaydalarının müvafiq tələblərinə zidd olaraq çoxmərtəbəli yaşayış binasının qeyri-yaşayış sahəsində təşkil edib.

"Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektlərin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi, 63A ünvanında yerləşən sexlərin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və qərarın bir nüsxəsi obyektlərin nümayəndələrinə təqdim edilib"-məlumatda qeyd edilib.//oxu.az

скачать dle 11.3
Mojo.az Banner