Mojo.az Banner
23:01 Robotla Bakının mərkəzində gəzdi - Video  |     22:55 Arıqlama dərmanı xərçəng riskini artırır? - Alimlərdən açıqlama  |     22:48 Putini qoruyan 4 nəfər kimdir?  |     22:42 Lənkəranda kişi atasını qaynar su ilə yandırdı  |     22:37 Son 48 ilin rekordu: Xəzərin aqibəti necə olacaq? - Ekoloq  |     22:30 Bakıda mühasib sahibkarı aldatdı, "vergi pulu"nu mənimsədi  |     22:25 Gəncədə işə düzəltmək adı ilə 33 min manatlıq dələduzluq  |     22:19 Bakıda 9 mərtəbəli binalardakı mənzillər 5 mərtəbələrdəkindən niyə bahadır? (VİDEO)  |     22:11 Hər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr  |     22:06 Naxçıvanda ağır qəza olub, xəsarət alanlar var  |     21:59 Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb  |     21:53 Azərbaycanda pensiyalar belə artırılacaq - Komitə sədri açıqladı  |     21:38 Futbol klubunun prezidenti başından güllələndi  |     21:30 Həbsdə olan 2 vəkil azadlığa buraxıldı  |     21:24 192 pivə çəlləyində aksiz pozuntusu aşkarlandı  |     21:15 Sökülüb yerində bina tikiləcəyi iddia edilən peşə məktəbi ilə bağlı AÇIQLAMA  |     21:10 Onlayn kreditlərə dair yeni qaydalar qüvvəyə minəcək - Sabahdan  |     21:02 Oktyabrın ilk günü hava necə olacaq?  |     20:57 Oğuzda əməliyyat - Həbs edilənlər var  |     20:49 Deputat sənədsiz evlərdən danışdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Anadangəlmə xəstəliyi olan gəncin pensiyası niyə kəsilib?

15.12.2025 19:42 339
Anadangəlmə xəstəliyi olan gəncin pensiyası niyə kəsilib?
​Şəkinin Çeşməli kənd sakini Azər Abdullayev Baku TV-nin qaynar xəttinə müraciət edərək oğlunun problemi ilə bağlı aidiyyəti qurumdan kömək istəyir.

O bildirir ki, 25 yaşlı övladı Elməddin Abdullayev anadangəlmə bağırsaq keçməzliyindən əziyyət çəkir. Ağır xəstəliyi olan gəncə 2005-ci ildən əlillik təyin edilsə də, 2024-cü ilin noyabrında pensiyası kəsilib.

Elməddin Abdullayev deyir ki, məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etsə də, problem həllini tapmır:

"Oğlum üçün çox qapılara getmişik, çox xəstəxanaları gəzmişik. İşləyə bilmir, məktəbə, hərbi xidmətə gedə bilməyib. Ağır əməliyyatlardan çıxmış adamın pensiyası kəsilməli deyil. Özüm fəhləyəm. Qazandığım pulları onun yolunda tökmüşəm. Dərman qəbul etməsə, həftələrlə ağrı çəkir".

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən bildirilib ki, Elməddin Abdullayevin əlilliyinin qiymətləndirilməsi ilə bağlı son bir il ərzində tibb müəssisəsi tərəfindən heç bir "Forma 88" göndərişi rəsmiləşdirilməyib:

"Belə olan halda isə əlilliyin qiymətləndirilməsi mümkün olmur. Bunun üçün vətəndaş qeydiyyat üzrə tibb müəssisəsinə yaxınlaşmalıdır. Tibb müəssisəsi tərəfindən Elməddin Abdullayevlə bağlı yeni "Forma 88" sənədi rəsmiləşdirildikdən sonra onun əlilliyi qanunvericiliyə uyğun olaraq təkrar qiymətləndirilə bilər".

Daha ətraflı videomaterialda:скачать dle 11.3
Mojo.az Banner