Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

“Bədbəxt qardaşım əlillik ala bilmir” – Təqaüdsüz qalan onkoloji xəstə - VİDEO

14.09.2020 16:53 1 181
“Bədbəxt qardaşım əlillik ala bilmir” – Təqaüdsüz qalan onkoloji xəstə - VİDEO
Masallı rayon sakini Ədalət Ağayev əlilliyinin müəyyən olunmasında yaranmış problemlərdən şikayət edir. O, məsələ ilə bağlı Baku TV-nin qaynar xəttinə müraciət edib, televiziyanın əməkdaşları da məsələni yerindəcə araşdırıblar.

Masallı rayonunun Hüseynhacılı kənd sakini Ədalət Ağayev xərçəng xəstəliyindən əziyyət çəkir. O, prostat vəzisi əməliyyatı keçirdikdən sonra səhhətində növbəti dəfə problem yaranıb. Bu dəfə xəstəyə mədəaltı vəzinin xərçəngi diaqnozu qoyulub. Amma bəzi səbəblərdən xəstəliyinə görə əllilərə verilən təqaüdü ala bilməyib.

Ədalət Ağayevin bu çətin günlərində yanında olan qardaşı Fərəməz Ağayev müvafiq qurumların biganə münasibətindən şikayətlənib. Onun sözlərinə görə, ağır xəstəlikdən əziyyət çəkən qardaşına I qrup əlillik dərəcəsi təyin olunmalıdır. Amma Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən ona bildirilib ki, Masallı Rayon Mərkəzi Xəstəxanasının əməkdaşları tərəfindən əlilliyin müəyyən olunması üçün göndərilən müraciət forması düzgün yazılmayıb. Təqaüdün təyinatı məsələsi də bu səbəbdən gecikir.

Məsələ ilə bağlı Masallı Rayon Mərkəzi Xəstəxanasının mövqeyini öyrəndik. Xəstəxanadan bildirilib ki, yaxın vaxtlarda Ədalət Ağayev əlillik təyinatı alacaq və ona təqaüd veriləcək.скачать dle 11.3
Mojo.az Banner