Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda internet infrastrukturunun İnkişafı: Son illərin nəticələri

30.01.2025 19:13 1 065
Azərbaycanda internet infrastrukturunun İnkişafı: Son illərin nəticələri
Son illərdə Azərbaycanda internet infrastrukturunun müasirləşdirilməsi, xidmət keyfiyyətinin artırılması və bu sahədə sağlam rəqabət mühitinin yaradılması istiqamətində əhəmiyyətli layihələr həyata keçirilib. Dövlət proqramları və strategiyalarda qarşıya qoyulan hədəflərə uyğun olaraq, genişzolaqlı internet infrastrukturunun yenidən qurulması məqsədilə müxtəlif irihəcmli layihələr icra olunub. Telekommunikasiya sahəsini tənzimləmək və nəzarəti gücləndirmək məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyində İnformasiya və Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) yaradılıb. Bundan başqa, RİNN Kollegiyasının 21 dekabr 2023-cü il tarixli qərarı ilə “Rabitə və yüksək texnologiyalar sahəsi üzrə xidmətlərin, o cümlədən internet xidmətlərinin keyfiyyət göstəriciləri” təsdiqlənib. Müasir tələbləri nəzərə alaraq “Telekommunikasiya haqqında” Qanun əsasında yeni “Elektron kommunikasiya haqqında” Qanun layihəsi də hazırlanıb.

Bəs ötən dövr ərzində Azərbaycanda internet provayderlərinin xidmətlərinin qiymətləndirilməsi, vətəndaş məmnunluğunun, sektorda sağlam rəqabətin təmin olunması, sabit və mobil şəbəkənin əhatə dairəsinin genişləndirilməsi yönündə hansı nəticələr əldə olunub?

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının sədri Elvin Abbasov “Report”a açıqlamasında internet şikayətlərinin 99 % azalmasını ölkədə artıq sürətli internetin mövcudluğunun və vətəndaş məmnuniyyətinin göstəricisi kimi dəyərləndirib. Onun sözlərinə görə, ölkədə internet infrastrukturu yenidən qurulub, internet paketlərinin texnoloji çağırışlara uyğun tənzimlənməsi şikayətlərin azalmasına səbəb olub: "Hazırda mövcud problemlər əsasən avadanlıqlarla (modem) bağlıdır. Bununla belə bu sahədə işlər mütəmadimi xarakterli olmalıdır".

E. Abbasov bildirib ki, vətəndaş məmnuniyyətinin ölçülməsi beynəlxalq metodologiyalara, əsasən Birləşmiş Millətlər Təşkilatının qaydalarına əsaslanmalıdır:

“Azərbaycanda da ötən il bu istiqamətdə işlər vətəndaşların və korporasiyaların internet xidmətlərindən məmnuniyyəti mütləq şəkildə öyrənilməlidir. Bunun üçün beynəlxalq qaydalara uyğun yanaşma tətbiq edilməlidir. Bu, xidmət keyfiyyətinin artırılması və problemlərin aradan qaldırılması baxımından vacibdir. Xüsusilə ucqar bölgələrdə hələ də müəyyən problemlər qalır. Ona görə də vətəndaş rəyinin öyrənilməsi daim diqqət mərkəzində saxlanmalıdır”.

Sektorda sağlam rəqabətin təmin olunması ilə bağlı danışan E.Abbasov vurğulayıb ki, provayderlərin fəaliyyətindəki fərqliliklər investisiya həcmləri ilə əlaqəlidir. O hesab edir ki, bəzi provayderlərdə çağrı mərkəzlərinin və düzgün fəaliyyət göstərən internet səhifələrinin olmaması vətəndaşların şikayətlərini çatdırmaqda çətinlik yaratdığını göstərir: "Bu problemləri aradan qaldırmaq üçün E-şikayət portalı yaradılıb ki, vətəndaşlar öz müraciətlərini aidiyyəti qurumlara çatdıra bilsinlər".


Ekspertin fikrincə, provayderlər üçün vahid fundamental standartların tətbiqi vacibdir: “Xidmət keyfiyyəti ilə bağlı bütün provayderlər eyni kriteriyalara cavab verməlidir. Məsələn, İSO sertifikatı və digər beynəlxalq standartlara cavab verməyən avadanlıqlar ölkəyə gətirilməməlidir. Həmçinin telekommunikasiya sahəsində qanunvericilik çevik olmalı və müasir çağırışlara uyğunlaşdırılmalıdır. Telekommunikasiya dünyanın ən sürətlə inkişaf edən sahələrindən biridir. Qanunvericilik həm beynəlxalq standartlara uyğun olmalı, həm də yerli maraqlı tərəflərlə mütəmadi müzakirə edilməlidir. Vətəndaşların xaricdə əldə etdiyi xidmətləri burada da eyni səviyyədə ala bilməsi üçün qanunvericilik dövrün tələblərinə uyğunlaşmalıdır. Əks halda, keyfiyyətli xidmət təmin etmək mümkün olmayacaq. Qanunvericilikdə edilən dəyişikliklərdə əsas prinsip fundamental kriteriyaların müəyyənləşdirilməsidir. Bu meyarlar əsasında sağlam rəqabət mühiti formalaşmalı və provayderlər üçün bərabər şərtlər yaradılmalıdır.

Bununla yanaşı, göstərilən xidmətin rentabelli olması üçün provayderlərə də müəyyən hüquqlar və imkanlar tanınmalıdır ki, onlar öz fəaliyyətlərini sabit şəkildə davam etdirə bilsinlər. Çünki adətən üstünlüklər əsasən istehlakçılara verilir, lakin xidmət göstərən tərəfin də müəyyən çətinlikləri olur. Xidmət keyfiyyətinin artırılması üçün provayderlərə müəyyən güzəştlər nəzərdə tutulmalıdır".

Ekspert, həmçinin internet provayderlərinin və onların istifadə etdiyi avadanlıqların uçotunun aparılmasının, vətəndaş məlumatlarının kibertəhlükəsizlik baxımından qorunmasının vacibliyini vurğulayaraq, bu sahədə qurumlararası koordinasiyanın əhəmiyyətini qeyd edir:

“Bu cür koordinasiya keyfiyyətsiz və mənşəyi naməlum avadanlıqların ölkəyə gətirilməsinin qarşısını almaq üçün vacibdir. Məsələn, bu sahədə Dövlət Gömrük Komitəsi ilə əməkdaşlıq aparıla bilər. Koordinasiya ya birgə komitə çərçivəsində, ya da fərdi qaydada həyata keçirilə bilər. Azərbaycana idxal edilən rabitə avadanlıqlarının yüksək keyfiyyətli olması üçün aidiyyəti qurumlar müvafiq qaydalarını düzgün tənzimləməlidirlər ki, ölkədə təqdim edilən xidmətlər beynəlxalq standartlara cavab versin”.

Keyfiyyət və xidmətin əhatə dairəsinin ölkənin sərhədləri ilə məhdudlaşdığını xatırladan E. Abbasov, Azərbaycanın bütün bölgələrində eyni səviyyədə xidmətin təmin olunmasının vacibliyini vurğulayıb:


"Onlayn Azərbaycan” layihəsi çərçivəsində ölkə üzrə fiber-optik texnologiyanın tətbiqi ən ucqar rayon və kəndlərdə də keyfiyyətli internetin əlçatan olmasına şərait yaradıb. Növbəti mərhələ xidmətin mütəmadi olaraq təkmilləşdirilməsi və keyfiyyətinin artırılmasıdır. Bunun üçün bağlantı nöqtələrində müasir avadanlıqlar quraşdırılmalı və ixtisaslı mütəxəssislər fəaliyyət göstərməlidir. Kadrların bilik və bacarıqlarının artırılması üçün onların mütəmadi təlimlərə cəlb olunması vacibdir.

Bundan əlavə, beynəlxalq rouminq bağlantılarında daha yüksək nəticələr əldə etmək üçün telekommunikasiya şirkətləri və GSM provayderləri ilə əməkdaşlıq düzgün tənzimlənməlidir. Beynəlxalq SMS trafikinin idarə olunmasında isə yalnız ən keyfiyyətli daşıyıcılarla müqavilələr bağlanmalıdır. Bu sahədə işlər davamlı xarakter daşımalıdır və belə də qalmalıdır. Çünki inkişaf və təkmilləşdirmə prosesi sərhəd tanımır".

Son xəbərlər