Mojo.az — elanlar
Son Xəbərlər
13:44 Yardımlının yeni icra başçısı kimdir? - DOSYE  |     13:43 Azərbaycanda bəzi şəxslərə 20 illik vergi güzəşti - Prezident təsdiqlədi  |     13:43 "Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə"də dəyişikliklər edildi  |     13:32 Gələn il ərzaq qiymətləri arta bilər – Açıqlama  |     13:10 Hər gün istifadə etdiyimiz duz nə qədər təmizdir? – AÇIQLAMA  |     13:09 Prezident yeni icra başçısı təyin etdi  |     13:08 İlham Əliyev Elçin Yusubovu vəzifəsindən azad etdi  |     12:46 Azərbaycan-Türkiyə qardaşlığına kölgə salmaq istəyən qüvvələr var – Deputat  |     12:37 Azərbaycanda bəzi bələdiyyələrin adları dəyişdirildi  |     12:25 Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər  |     12:21 Ermənistan rəsmiləri TRIPP-in infrastruktur layihələri üçün Zəngəzura səfər ediblər  |     12:01 Bakıda iki yaşlı qız su kanalında boğuldu  |     11:56 Havanın isti keçməsinin səbəbi açıqlandı  |     11:53 Azərbaycan nefti cüzi bahalaşıb  |     11:52 Ermənistan sərhədi keçən azərbaycanlı çobanı geri qaytaracaq  |     11:50 Çoxmərtəbəli binanın zirzəmisində gizlədilən qızılları divarı dağıdaraq taladı  |     11:40 "Peyğəmbərəm" deyib qətl törədən "sayt redaktoru"nun atası ilə bağlı yeni qərar  |     11:38 Sahibkarın bir milyon manatını mənimsədi, mərc oyunlarında uduzdu - Bakıda şok dələduzluq  |     11:37 Həkim yod çatışmazlığından qorunmağın ən asan yolunu açıqladı  |     11:26 Avropada saytlara giriş kütləvi şəkildə məhdudlaşdırılır  |    
Mojo.az Avto
Mojo.az Avto

"Aztelekom" yeni texnologiyalara əsaslanan telefon rabitəsi təqdim edib

23.08.2021 18:07 819
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aztelekom” MMC tərəfindən yüksək keyfiyyətli beynəlxalq və şəhərlərarası telefon rabitəsinin təmin olunması məqsədilə “Alcatel 1000 S-12” tipli stansiya yenilənərək müasir standartlara cavab verən IMS (IP multimedia subsystem) texnologiyasına əsaslanan platformaya keçirilib.

Bu barədə nazirlik məlumat yayıb.

Bildirilir ki, uzunmüddətli istismar nəticəsində avadanlıqların köhnəldiyini, həmçinin tələbatı ödəmədiyini nəzərə alaraq ölkə ərazisində stansiyanın müasir əsaslarda quraşdırılması işlərinə 2019-ci ildən başlanılıb. Ötən müddət ərzində Bakı şəhəri və Yevlax rayonu ərazisində yeni stansiyalar quraşdırılıb və uğurla sınaqdan keçirilib. Artıq yeni stansiyalar tam istismara verilib.

IMS texnologiyasına keçid “Aztelekom” MMC istifadəçilərinə telefon xidmətlərindən istifadə zamanı daha keyfiyyətli rabitə xidmətindən faydalanmağa şərait yaradacaq.

Qeyd edək ki, informasiya-kommunikasiya texnologiyaları sektoru ölkə iqtisadiyyatının dinamik inkişaf edən aparıcı sahələrindən biridir. Bu məqsədlə rəqəmsallaşma, informasiya və kommunikasiya texnologiyaları sahəsində yeni infrastrukturun qurulması, müasir texnologiyaların tətbiqi, yeni avadanlıqların təmin olunması istiqamətində regionlarda bir sıra mühüm işlər aparılmaqdadır. Rayon, qəsəbə və kəndlərdə vətəndaşların dayanıqlı, təhlükəsiz və keyfiyyətli informasiya-telekommunikasiya şəbəkəsindən istifadə etmələri üçün ölkənin rəqəmsal transformasiya siyasətinə uyğun olaraq yeni nəsil avadanlıqlar quraşdırılır və layihələr həyata keçirilir.

Son xəbərlər