Ermənilərin Kəlbəcər istiqamətində təxribatının qarşısı alındı - RƏSMİ » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:47 Paşinyan: “Heç kim Qarabağı Ermənistanın bir hissəsi kimi tanımağa hazır olmayıb”  |     23:40 İstanbul 2023-cü il Türk Dünyasının Gənclik Paytaxtı elan edildi  |     23:34 "Rəhimin ayağı çox şişmişdi" - Xalası oğlu müğənninin son günlərindən DANIŞDI  |     23:15 Aterosklerozun ən erkən əlamətləri - Damar niyə tıxanır?  |     23:09 Müharibəyə aid xəbərləri izləməyin - Psixoloqlar  |     22:57 Putin Rusiya vətəndaşlığının verilməsi haqqında yeni fərman imzalayıb  |     22:51 ABŞ Konqresi Ukraynaya 12,4 milyard dollar əlavə yardımı təsdiqləyib  |     22:44 ETSN və DİN-in Su Nəqliyyatında Baş Polis İdarəsi əməkdaşlığa başlayıb  |     22:37 Kanada Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləyir  |     22:29 "Qəbələ" son dəqiqə qolu ilə "Səbail"ə qalib gəlib  |     22:19 Paşinyan: “Ermənistanın KTMT-dən çıxma prosesinə başlayacaq”  |     22:10 Şəmkirdə minik avtomobili motosikllə toqqquşdu  |     22:01 Tbilisinin televiziya qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı  |     21:50 İranda 9 xarici ölkə vətəndaşı həbs edilib  |     21:48 Türkiyədə yaşayan qızını görmək üçün sərhədi qanunsuz keçmək istəyən qadının cəzası məlum oldu  |     21:21 SOCAR-ın Bolqarıstanda nümayəndəliyinin açılması müzakirə edildi  |     21:07 Şəkidə mikroavtobusla yük maşını toqquşdu: Xəsarət alanlar var  |     21:05 Paşinyan sülh müqaviləsi ilə əlaqədar Azərbaycan və Ermənistan XİN başçılarının görüşəcəyini elan edib  |     20:56 “Caliber”: “Hindistan lazımsız silahları Ermənistana kömək etməyəcək” - VİDEO  |     20:35 "Olimpiakos"un ulduz futbolçusunda xroniki zədə aşkarlandı  |    

Ermənilərin Kəlbəcər istiqamətində təxribatının qarşısı alındı - RƏSMİ
Sentyabrın 22-si gecə saat 02:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində növbəti dəfə təxribat törətməyə cəhd edib.

Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Qarşı tərəf Kəlbəcər istiqamətində yerləşən bölmələrimizi iriçaplı silahlardan, qumbaraatan və minaatanlardan atəşə tutub.

Ermənistan silahlı qüvvələrinin diversiya qrupu qeyd olunan ərazilərdə dərə boşluqlarını minalamaqla bölmələrimizə basqın etməyə cəhd göstərib.

Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən cavab tədbirləri nəticəsində qarşı tərəf geri çəkilməyə məcbur edilib.

Qeyd edək ki, Ermənistan tərəfi sentyabrın 21-də Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəş açılması barədə dezinformasiya yaymaqla gecə saatlarında törətdikləri təxribata zəmin yaratmağa çalışıb.

Nazirlikdən bildirilib ki, Azərbaycan-Ermənistan dövlət sərhədində baş verən növbəti gərginliyə görə də bütün məsuliyyət məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            408 22.09.22 13:07