3450 km ayaqyalın və piyada gəzdi, dünya rekordu qırdı
Qaynarinfo bu barədə "NL Times"a istinadən xəbər verir.
Niderlandlı müharibə veteranı bazar günü günortadan sonra Amerikanın Sent-Luis ştatına çataraq, Ginnesin Rekordlar Kitabına düşüb. O, fevralın 17-də Kaliforniyadakı Santa Monika çimərliyindən başlayaraq, 175 gündə 3450 kilometrlik yolu ayaqyalın gedib.
Həmin şəxs indi adam Nyu-Yorka daha 1700 kilometr piyada getməyi planlaşdırır. Onun nümayəndəsinin sözlərinə görə, niderlandlının Tayms meydanına gəlişi noyabrın 2-də gözlənilir.
Bildirilir ki, Notenbohm çətin günlər keçirib. Son vaxtlar 35 dərəcə isti asvaltı həddən artıq qızdırıb.
Qeyd edək ki, əvvəlki rekord 3409,75 kilometr olub.
