Mojo.az Banner
23:02 Goranboyda "Gənclər Paytaxtı 2026"nın açılış mərasimi keçirilib  |     22:51 Mərkəzi Bank məlumat yaydı  |     22:41 Mərkəzi Bank məlumat yaydı  |     22:36 Bakıda 19 yaşlı tələbə itkin düşdü  |     22:27 Gəncədə avtomobil ağaca çırpıldı - Xəsarət alan var  |     22:09 Bakıya dəhşətli soyuqlar gəlir  |     22:00 ABŞ İran PUA-sını vurdu  |     21:51 İsrail və Azərbaycan memorandum imzaladı  |     21:46 Məşhur diktor vəfat etdi  |     21:39 İşə düzəltmək adı ilə qohumlarını aldatdı - 20 min manatlıq dələduzluq  |     21:32 Uşaqlar 10 dəfə yoluxa bilər - Həkimdən XƏBƏRDARLIQ  |     21:16 Rasim Həsənov barəsində həbs qətimkan tədbiri seçildi  |     21:08 İspaniyada 16 yaşdan kiçik şəxslərin sosial şəbəkələrə girişi qadağan olunur  |     21:01 Dondurulmuş qidalar gözlənilməz fəsadlar törədir?  |     20:50 Kriştianu Ronaldu "Ən-Nəsr"in məşqində iştirak etməyib  |     20:33 Yol pulu olmadığı üçün velosiped oğurladı, həbs edildi  |     20:27 Azərbaycanda bu qohumlar evlənə bilər  |     20:18 "Ölümündən 40 gün sonra xəbərim oldu" - Qətlə yetirilən şəxsin qardaşı məhkəmədə ifadə verdi  |     20:17 Avropada iş vədi ilə 160 mindən çox pul mənimsəyən şirkət rəhbərlərinin MƏHKƏMƏSİ  |     20:08 Azərbaycan və BƏƏ hərbi əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər  |    
Left Banner
Right Banner

Oğuzda qonaq getdikləri evdən oğurluq edən şəxslər saxlanılıblar

01.08.2024 12:39 927
Oğuzda qonaq getdikləri evdən oğurluq edən şəxslər saxlanılıblar
Oğuz Rayon Polis Şöbəsinə şəhər ərazisində yerləşən evlərin birindən oğurluq edilməsi barədə məlumat daxil olub. Zərərçəkmiş ona məxsus mobil telefonların yaşadığı ünvandan oğurlandığını bildirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən paytaxt sakinləri - Ruslan Həziyev və Xanım Mövsümlü saxlanılıblar.

Araşdırmalar zamanı məlum olub ki, onlar zərərçəkmişin evində bir neçə gün qaldıqdan sonra mobil telefonları da götürərək həmin ünvandan xəbərsiz gediblər. Saxlanılan R.Həziyev ev sahibinə özünü xarici ölkə vətəndaşı kimi təqdim edib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.скачать dle 11.3