Bacısı ilə birgə baldızının evindən 82 minlik oğurluq edən qadının şikayəti təmin edilmədi » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:04 Cəlilabadda yol qəzasında xəsarət alanların vəziyyəti açıqlandı  |     22:31 Məhkəmədə Kəlbəcərin işğalı zamanı ermənilərin mülki əhalini atəşə tutması ilə bağlı ifadə verilib  |     22:22 Boşanmadan sonra kredit borcunu kim ödəməlidir?  |     22:17 Magistraturanın SABAH qrupları ləğv olunur  |     22:09 9 uşaq bağçası açılacaq  |     22:03 13 yaşlı "ağ" haker "Microsoft"a necə kömək edir?  |     21:57 Ermənistan Rusiyaya nota verdi  |     21:52 Müəllim olmaq istədi, 5000 manat pulu ələ keçirildi  |     21:45 "Range Rover"i içkili idarə etdi, məhkəməyə gəlmədi - Cəza verildi  |     21:39 Pulsuz dərman 80 manata... - TƏBİB Əməkdar artistə cavab verdi  |     21:31 Süni intellekt 18 il övlad sahibi ola bilməyən qadının hamilə qalmasına kömək etdi  |     21:25 Sabiq rəis elektron qolbaqda gəzəcək  |     21:16 "Reo-Med Tibb Mərkəzi"də yoxlama - Pozuntular aşkarlandı  |     21:11 Küçədə soyundu, qadınlar şikayət etdi - Məhkəmə qərarı  |     21:04 Tramp yeni gömrük rüsumları ilə bağlı məktubları ölkələrə nə vaxt göndərəcək?  |     20:59 Şəxsiyyət vəsiqəsində nələr dəyişəcək? (VİDEO)  |     20:51 Okeanlarda milyon illər əvvəl baş vermiş hadisə təkrarlana bilər?  |     20:45 Andrey Bədəlov pəncərədən yıxılaraq öldü  |     20:37 Direktor yük maşınının altında qalıb öldü - TƏFƏRRÜAT (VİDEO)  |     20:30 Faktiki hava açıqlandı  |    

Bacısı ilə birgə baldızının evindən 82 minlik oğurluq edən qadının şikayəti təmin edilmədi

Ali Məhkəmədə oğurluqda təqsirləndirilən Sevinc Bağırova və onun bacısı Bağçagül Əliyevanın barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib.

Şəki Apellyasiya Məhkəməsinin qərarına əsasən, təqsirləndirilən şəxslərin apellyasiya şikayətləri təmin edilməyib, zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunub, Şəki Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm dəyişdirilib.

Belə ki, Sevinc Bağırovanın 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 6 il 6 ay müddətinə, Bağçagül Əliyevanın isə 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası 6 il müddətinə artırılıb.

İttihama görə, Sevinc Bağırova bacısı Bağçagül Əliyeva ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında baldızı, zərərçəkmiş Vəsilə Bağırovanın yaşadığı evin həyətində olan sandıqda və evin otağındakı şüşəli dolabda saxladığı ümumilikdə 81 953 manat pulu 2021-ci ilin oktyabr ayının 10-dan 2022-ci ilin aprel ayının 18-nə qədər olan müddətdə oğurlayıb.

Daha sonra hər iki bacı zərərçəkmişin şikayəti əsasında saxlanılıb və onların barəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 071 22.02.24 13:27