Bakıda 14 fevral “küləyi”: Güllərin qiymətində fantastik bahalaşma - QİYMƏTLƏR » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:59 İki günlük körpənin xəstəxanada naməlum ölümü  |     22:51 Parisdə mitinq iştirakçıları Makronun istefasını tələb ediblər  |     22:29 Zaqatalada yol qəzası zamanı xəsarət alan beş nəfərin kimliyi məlum olub - FOTO - YENİLƏNİB  |     22:17 Parisdə keçirilən aksiyada Avropa İttifaqının bayrağı cırılıb  |     21:51 Tramp Zukerberqi “sui-qəsddə” günahlandırıb və onu həbsxanaya göndərməklə hədələyib  |     21:47 Durovun saxlanılması hücumun bir hissəsidir - Filippot  |     21:17 İran prezidenti bu axşam ilk dəfə xalqa müraciət edəcək  |     21:10 Alimlər Yerin yaxınlığında üçüncü qlobal sahə tapdı  |     21:02 Qazaxıstanda dörd nəfər şaxtada zəhərlənərək ölüb  |     20:52 Sentyabrın 3-də bu ərazilərdə su olmayacaq  |     20:44 700 bal toplayan, yoxsa olimpiya çempionu? - Elə cavab verdi ki...  |     20:34 Qış parkında yay günü eskalatorları niyə "don vurdu"?  |     20:26 Paris-2024: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb  |     20:18 Lənkəranda qonşular arasında dava düşüb, 5 nəfər xəsarət alıb  |     20:06 İmişlidə müəllim intihar edib  |     19:46 XİN rəsmisi: Azərbaycanın İtaliyadan silah aldığı barədə iddia həqiqəti əks etdirmir  |     19:33 Ayxan Hacızadə: Azərbaycanla Ermənistan Konstitusiyası arasında paralellik və bərabərlik yaratmaq cəhdi qəbuledilməzdir  |     19:23 Bakıda 18 yaşlı qız binadan yıxılıb öldü  |     19:10 UEFA Çempionlar Liqasının yeni formatdakı oyunlarının SİYAHISI - FOTO  |     18:29 Bakıda 17 yaşlı qız itkin düşdü  |    

Bakıda 14 fevral “küləyi”: Güllərin qiymətində fantastik bahalaşma - QİYMƏTLƏR

Hər il fevral ayının 14-ü Azərbaycanda və bütün dünyada sevgililər günü kimi qeyd olunur. Bu gözəl gündə sevgililər və evli cütlüklər bir-birinə müxtəlif hədiyyələr alaraq, öz sevgilərini nümayiş etdirirlər. Adətən hər il sevgililər günü ilə əlaqədar gül satışı mağazalarında hərəkətlilik müşahidə olunur. Bununla bağlı olaraq müxtəlif gül buketlərinin qiymətlərində artımlar nəzərə çarpır.

Yenisabah.az hazırda hədiyyəlik gül buketlərinin qiymətləri ilə bağlı vəziyyəti öyrənmək üçün bir neçə mağaza ilə əlaqə saxlayıb.

Gül mağazalarından birinin sahibi Yusif Fərəcov hazırda gül buketlərinin qiymətlərində 10-15 manat bahalaşmanın olduğunu deyib.

“Buketlərimizin qiyməti 40-45 manatdan başlayır və 150 manata qədər davam edir. Qiymət buketin həcmindən, güllərin sayından və rənglərdən asılı olaraq dəyişir. Ümumi götürsək, hər buketdə 10-15 manat bahalaşma var. Sifarişlərimiz o qədər çoxdur ki, ancaq öncədən sifariş etmək lazımdır”.

Digər bir gül mağazasında da eyni vəziyyət müşahidə olunur. Mağazanın satıcısının dediyinə görə, güllərin qiymətində 10-20 manata qədər bahalaşma var:

“Hazırda ən ucuz buketimiz 50 manatdır. Sevgililər gününə görə hər buketdə 10-20 manat arası bahalaşma var. Bu isə gülləri aldığımız yerlərin qiymətləri bahalaşdırması ilə bağlıdır. İstər-istəməz qiymətlərə təsir edir. Ən bahalı buketlərimiz 150-200 manatdır. 14 fevralla bağlı sifarişlərimiz isə olduqca çoxdur”.

Gül satışı ilə məşğul olan məşhur mağazalar şəbəkələrindən birində isə 101 qızılgülün qiyməti 500 manat, 201 qızılgül isə 700 manata təklif olunur. Əlavə olaraq qarışıq buketlərin ən ucuzu 45 manat, ən bahası 400 manatdır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            573 12.02.24 20:25