Mojo.az Banner
21:08 İspaniyada 16 yaşdan kiçik şəxslərin sosial şəbəkələrə girişi qadağan olunur  |     21:01 Dondurulmuş qidalar gözlənilməz fəsadlar törədir?  |     20:50 Kriştianu Ronaldu "Ən-Nəsr"in məşqində iştirak etməyib  |     20:33 Yol pulu olmadığı üçün velosiped oğurladı, həbs edildi  |     20:27 Azərbaycanda bu qohumlar evlənə bilər  |     20:18 "Ölümündən 40 gün sonra xəbərim oldu" - Qətlə yetirilən şəxsin qardaşı məhkəmədə ifadə verdi  |     20:17 Avropada iş vədi ilə 160 mindən çox pul mənimsəyən şirkət rəhbərlərinin MƏHKƏMƏSİ  |     20:08 Azərbaycan və BƏƏ hərbi əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər  |     19:59 "Tərtər işi"ndə ölən leytenantın ailəsinə 50 min manat veriləcək  |     19:47 Türkiyə ABŞ və İran arasında vasitəçi olmağa hazırdır - Ərdoğan  |     19:47 Bakıdan keçməklə göndərilən taxıl yüklü vaqonlar Ermənistana çatdı  |     19:38 Qalib Salahzadənin dəniz kənarındakı obyektlərinin söküntüsünə başlanıldı  |     19:27 Azarkeşlərə səfər qadağası qoyuldu  |     19:26 Bakıda sevgilisinin evindən 7400 manat oğurlayan qadın həbs olundu  |     19:04 İşə düzəltmək adı ilə qohumlarını aldatdı - 20 min manatlıq dələduzluq  |     18:49 “Epşteyn sənədləri”ndə Angela Merkelin də adı hallanır  |     18:41 DİN-in keçmiş rəis müavini Rasim İldırımzadə və digərlərinin cinayət işi üzrə məhkəmə istintaqı tamamlanıb  |     18:32 Azərbaycanın Liqa klubu anqolalı futbolçunu transfer edib  |     18:21 Mərkəzi Hərbi-Həkim Komissiyasının sabiq rəisi saxlanılıb  |     18:12 Sabiq icra başçısının Rumıniyada 40 villa alan oğlundan açıqlama - FOTO (Yenilənib)  |    
Left Banner
Right Banner

DSX-dən ƏMƏLİYYAT - İki əcnəbi saxlanıldı

10.02.2024 13:41 2 526
DSX-dən ƏMƏLİYYAT - İki əcnəbi saxlanıldı
Dövlət sərhədini pozaraq qeyri-qanuni yollarla miqrasiya etmək niyyətində olan şəxslər saxlanılıb.

Bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.

Bildirilib ki, fevralın 5-də saat 19:15-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində, Azərbaycan Respublikasından Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Hindistan Respublikası vətəndaşları 1967-ci il təvəllüdlü Mohammed Ameen və 1997-ci il təvəllüdlü Deepak saxlanılıblar.

Aparılmış əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılan şəxslərin ölkə ərazisinə rəsmi qaydada gəldikləri, dövlət sərhədini pozaraq qeyri-qanuni yollarla miqrasiya etmək niyyətində olduqları müəyyən edilib.

Fakt üzrə araşdırma tədbirləri davam etdirilir.скачать dle 11.3