Mojo.az Banner
22:50 Sumqayıtda 25 yaşlı gəncin meyiti tapıldı  |     22:43 "Qışqırdım ki, qız külə dönür, onu çıxarın" - Binəqədidə 35 yaşlı qadının ölümünün TƏFƏRRÜATI  |     22:37 Azərbaycanda polkovnik vəfat etdi  |     22:30 Bosniya və Herseqovinada çətənənin tibbi məqsədlərlə istifadəsinə icazə verildi  |     22:30 Bakıda orta məktəbdə şagirdlər zorakılığa məruz qalırlar? - İDDİA  |     22:21 İşğaldan azad edilmiş ərazilərdə üç radio-televiziya yayım stansiyasının işi bərpa edilib  |     22:15 Tramp və Putin arasında telefon danışığı olub  |     22:09 Türkiyədə narkotik əməliyyatı: Jurnalist və sosial media fenomeni həbs edildilər  |     22:02 Sumqayıtın "Yaşıldərə" massivindən ŞİKAYƏT: Sakinlərin yol və marşrut PROBLEMİ  |     21:54 Azərbaycanda icra hakimiyyətləri LƏĞV EDİLİR? - AÇIQLAMA  |     21:46 Alim Qasımovun nəvəsinin toy tarixi dəyişdi  |     21:40 Xankəndidə bayram konserti keçirilib  |     21:32 DYP sürücü və piyadalara müraciət etdi  |     21:25 Bakıda zəncirvari qəza: üç avtobus toqquşdu  |     21:17 Tehranda "Santa Klaus"la şəkil çəkdirmək qadağan olunub  |     21:10 İranda təbii fəlakət səkkiz nəfərin həyatına son qoyub  |     21:03 Dünya Bankı ilk dəfə Azərbaycanı "B-Ready" hesabatı üzrə qiymətləndirib  |     20:55 Taksilərlə bağlı RƏSMİ AÇIQLAMA - Yanvardan etibarən...  |     20:48 Amerikalı məşhur müğənni milyarderlərin siyahısına düşdü  |     20:40 Zaqatalada qəza baş verdi, biri azyaşlı olmaqla yeddi nəfər xəsarət aldı  |    
Left Banner
Right Banner

Narkotik qarşılığında xarici ölkə vətəndaşına kuryerlik edən şəxs saxlanılıb - FOTO

09.02.2024 13:21 1 452
Narkotik qarşılığında xarici ölkə vətəndaşına kuryerlik edən şəxs saxlanılıb - FOTO
Şirvan Şəhər Polis Şöbəsinin (ŞPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində əcnəbi vətəndaşa narkokuryerlik edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, ŞPŞ-nin əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı Abşeron rayon sakini, əvvəllər də narkotiklərə görə məhkum olunmuş Mövsüm Məmmədov şəhər ərazisində saxlanılıb.

Onun üzərinə keçirilən baxış zamanı çəkisi 1 kiloqram 500 qramdan artıq olan marixuana və 720 qram heroin aşkar edilərək götürülüb.

Dindirilmə zamanı M.Məmmədov sosial şəbəkə vasitəsilə tanış olduğu iranlı narkotacirə narkokuryerlik etdiyini etiraf edərək, ondan aşkarlanan narkotikləri bir miqdar narkotik vasitə qarşılığında Bakı şəhərinə çatdırmalı olduğunu bildirib.

Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


скачать dle 11.3