Mojo.az — elanlar
Son Xəbərlər
14:29 Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı  |     14:23 Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?  |     14:18 Paşinyan: "Azaraq Ermənistana keçən azərbaycanlı çoban qaytarılacaq"  |     14:15 Bina evində qalanların nəzərinə: Yenilik olacaq  |     14:07 Azərbaycanda mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu  |     14:06 Tacikistandan Azərbaycana gələn sahibkar oğlu tərəfindən öldürüldü - Təfərrüat  |     13:44 Yardımlının yeni icra başçısı kimdir? - DOSYE  |     13:43 Azərbaycanda bəzi şəxslərə 20 illik vergi güzəşti - Prezident təsdiqlədi  |     13:43 "Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə"də dəyişikliklər edildi  |     13:32 Gələn il ərzaq qiymətləri arta bilər – Açıqlama  |     13:10 Hər gün istifadə etdiyimiz duz nə qədər təmizdir? – AÇIQLAMA  |     13:09 Prezident yeni icra başçısı təyin etdi  |     13:08 İlham Əliyev Elçin Yusubovu vəzifəsindən azad etdi  |     12:46 Azərbaycan-Türkiyə qardaşlığına kölgə salmaq istəyən qüvvələr var – Deputat  |     12:37 Azərbaycanda bəzi bələdiyyələrin adları dəyişdirildi  |     12:25 Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər  |     12:21 Ermənistan rəsmiləri TRIPP-in infrastruktur layihələri üçün Zəngəzura səfər ediblər  |     12:01 Bakıda iki yaşlı qız su kanalında boğuldu  |     11:56 Havanın isti keçməsinin səbəbi açıqlandı  |     11:53 Azərbaycan nefti cüzi bahalaşıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Sumqayıtın "Yaşıldərə" massivindən ŞİKAYƏT: Sakinlərin yol və marşrut PROBLEMİ

29.12.2025 22:02 720
Sumqayıtın
Sumqayıt şəhərinin "Yaşıldərə" massivində yaşayan sakinlər yolsuzluqdan və marşrut xətlərinin olmamasından şikayətçi olublar.

Bununla bağlı oxu.az-a müraciət ünvanlanıb.

Qeyd olunub ki, "Yaşıldərə" massivi, "parnik ərazisi" deyilən 6-cı məhəllədə yaşayan sakinlər hər gün istifadə etməli olduqları yoldan və marşrutlardan istifadə edə bilmirlər.

"Bir ara özümüz pul yığıb yolu az da olsa bərpa etmişdik, amma iritonnajlı maşınlar işlədiyi üçün yenidən dağıldı. Yollarımız keçilməz olduğu üçün massivə avtobus da işləmir. Çünki maşının getməsi üçün şərait yoxdur. Yola bir əncam çəkən olsa, yəqin ki, avtobus xətti də açılar. Hər il 50 manatdan pul yığıb yolumuzu düzəldirik, amma yenə də bərbad günə düşür. Videoda gördüyünüz bu yolla hər gün dayanacağa çatmaq üçün azı iki kilometr yol getməliyik ki, avtobusa minə bilək. Dəfələrlə Sumqayıt şəhər icra nümayəndəsinə müraciət etsək də, nəticəsi yoxdur. Xüsusən də hava yağıntılı olanda çox çıxılmaz vəziyyətdə qalırıq", - deyə şikayətdə bildirilir.



Məsələ ilə bağlı Sumqayıt Bələdiyyəsinin Mətbuat Xidmətinin rəhbəri Nizami Rəsulov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, dekabrın 22-də Sumqayıt şəhərinin "Yaşıldərə" yaşayış massivində Milli Məclisin deputatı Mehriban Vəliyeva və Sumqayıt bələdiyyəsinin sədri Adil Xudatovun iştirakı ilə sakinlərlə səyyar görüş keçirilib.


"Görüş zamanı vətəndaşları narahat edən məsələlər dinlənilib, qaldırılan problemlərlə bağlı ətraflı məlumat və izahatlar verilib. Belə ki, "Yaşıldərə" yaşayış massivi Sumqayıt şəhərinin təsdiq edilmiş Baş planına daxil edilib. Bu isə ərazidə mövcud sosial və infrastruktur problemlərinin dövlət proqramları və müvafiq büdcə mexanizmləri çərçivəsində mərhələli şəkildə həllinə hüquqi və planlaşdırma əsası yaradır. Baş plana uyğun olaraq gələcək mərhələlərdə yaşayış massivinə yönəlmiş layihələrin icrası üçün müvafiq maliyyə vəsaitlərinin ayrılması mümkün olacaq", - deyə N.Rəsulov vurğulayıb.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov isə Oxu.Az-a açıqlamasında qeyd edib ki, sözügedən ərazidə yol infrastrukturu qənaətbəxş deyil:





"Yol infrastrukturu ictimai nəqliyyat vasitələrinin təhlükəsiz və sərbəst hərəkəti, manevr etməsi üçün imkan verdiyi təqdirdə marşrutla əlaqələndirmə məsələsinə baxıla bilər".

Son xəbərlər